SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » ´ORBİTA MTK BİZİ ÖLÜMLƏ HƏDƏLƏYİR´ - PREZİDENTƏ MÜRACİƏT -VİDEO

´ORBİTA MTK BİZİ ÖLÜMLƏ HƏDƏLƏYİR´ - PREZİDENTƏ MÜRACİƏT -VİDEO

Tarix:

3-08-2017, 12:44

/ 115 753 dəfə oxundu.
´ORBİTA MTK BİZİ ÖLÜMLƏ HƏDƏLƏYİR´ - PREZİDENTƏ MÜRACİƏT -VİDEO

Bu günlərdə saytımızın redaksiyasına Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi 26 saylıbinanın bir qrup sakinin şəxsiyyətinə və mülkiyyətinə qarşı ORBİTA MTK tərəfindən qanunsuz müdaxilələr olması ilə bağlı şikayət ərizəsi daxil olub. Ərizə eyni zamanda ölkə başçısı və digər aidiyyatı strukturlara imzalanaraq göndərilibdir. Şikayəti olduğu kimi təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!

Orbita MTK-nin rəhbərliyinin Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsində yerləşən 26 saylı 2 mərtəbəli binanın bir qrup sakininin şəxsiyyətinə və mülkiyyətinə qarşı özbaşına, qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmasına, pozulmuş hüquqarının bərpasına və MTK-nın hərəkətlərinə şərait yaradan yerli və mərkəzi icra hakimiyyəti orqanlarının məmurların cəzalandırılmasına dair ƏRİZƏ

Cənab Prezident!

Ümidvarıq ki, bu muraciətimizdən sonra Sizin tapşırığınız əsasında öz şəxsi kommersiya maraqlarına nail olmaq üçün ORBİTA MTK-nın rəhbrəliyinin Azərbaycan Respublikası Konstitusiya və qanunlarının tələblərini açıq-aşkar pozaraq yaşadığımızyaşayış üçün tam yararlı Bakı şəhəri Nizami rayonu Tofiq Abbasov küçəsi 26 saylıbinanın bir qrup sakinin şəxsiyyətinə və mülkiyyətinə qarşı qanunsuz əməllərinə son qoyulacaq və ən əsası MTK-nın qanunsuz əməllərinə şərait yaradan, şikayətlərimizə məhəl qoymayan yerli icra və polis orqanları barəsində qanuni tədbirlər görüləcəkdir.
Bildiririk ki, açıq-aşkar və heç kimdən qorxmayaraq (özünün işlətdiyi ifadələrə görə) Dövlətimizin ali qanunu olan Konstitusiya ilə qorunan mülkiyyət hüququmuzu pozan ORBİTA MTK yaşadığımız ərazidə hündürmərtəbəli binaların tikintisi ilə məşğuldur. MTK-nın rəhbəri kimi tanınan Famil adlı şəxs öz şəxsi və kommersiya maraqlarına nail olmaq üçünBŞİHB-nın 164 saylı 15 aprel 2014-cü il tarixli sərəncamınırəhbər tutaraq istənilən yolla və hətta açıq-aşkar güc tətbiq edərək, zorla mülkiyyətimizdə olan mənzilmizi əlimizdən almaq istəyir.Əks təqdirdə bizi təhqir edərək ölümlə hədələyir.
Məlumat üçün bildiririk ki, BŞİH-nin müvafiq sərəncamındahəmin ərazidə yerləşən qəzalı vəziyyətində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi və kompensasiyanın ödənilməsi ORBİTA MTK-ya həvalə edilmişdir.
Yuxarıda qeyd etdiyimiz kimi yaşadğımız bina qəzalı vəziyyətində olmayan və yaşayış üçün tam yararlı yaşayış binasıdır.Lakin ORBİTA MTK-nın rəhbəri Famil adlı şəxs 26 iyul 2017-ci il tarixdə başlayaraq BŞİHB-nın müvafiq sərəncamı və FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ORBİTA MTK-ya ünvanladığı müvafiq məktubda qeyd edildiyi kimi"sakinlərin tam köçürülməsi təmin edilmədən hər hansı söküntü işinin aparılması təhlükəsizlik və tikinti normalarına əsasən qadağandır”göstərişinə məhəl qoymadan, heç bir rəsmi sənədə istinad etmədən zorla yaşadığımız binanın damının böyük bir hissəsini və 31 iyul 2017-ci il tarixində isə binanın bir tərəfini tam şəkildə sökərək onu qəzalı vəziyyətə salmağa çalışır.
MTK-nın qanunsuz əməllərindən, hədə qorxularından təngə gələn sakinlərdən biri,10 saylı saylı mənzilin sakini Məmmədova Fəxriyyə Fəxrəddin qızı qanunsuz söküntüyə etiraz olaraq intihar etmək məqsədilə binanın damından özünü atmaq istəmişdir.FHN-nin xilasediciləri sayəsində sakinin həyatı qurtarılmışdır. Həmin fakt üzrə hazırda Nizami RPİ-nin 25-ci PB-də araşdırma aparılır. Ümidvarıq ki, araşdırma ədalətli aparılaraq vətəndaşları ölüm həddinə çatdıran, təhqir edən, ölümlə hədələyən ORBİTA MTK-nın rəhbəri Famil adlı şəxs özbaşına və qanunsuz əməlləri barəsində ciddi tədbirlər görülərək, mübahisəyə düzgün və ədalətli hüquqi qiymət veriləcəkdir.

Bu arada Ulu Öndər Heydər Əliyevin gözəl bir kəlamını xatırlatmaq istəririk. "Dövlət iki halda sarsıla bilər, birincisi cinayətkar cəzasız qalanda, ikincisi cəzasıza cəza veriləndə”
Bakı Şəhər İcra Hakimiyyətibizə qarşı "kompensasiya ödənilməklə çıxarılma və qanunsuz tikililərin sökülməsi tələbinə”dair iddia ərizəsi ilə Nizami rayon məhkəməsinə müraciət etmişdir.
Nizami Rayon Məhkəməsinin (sədrlik edən, hakim Elnur Nuriyev) icraatındaolan mülki iş üzrə məhkəmə mübahisəsi davam etməsinə(iddianın təmin tədbirinə dair ərizənin təmin edilməməsinə dair qərardaddan verilmiş kassasiya şikayətinə Ali Məhkəmədə baxılacaqdır.)və iş üzrə yekun məhkəmə qətnaməsi olmadan ORBİTA MTK mübahisəli binada qanunsuz, heç bir təhlükəsizlik qaydalarına riayət etmədən və ən əsası sakinlərin köçürülməsini tam təmin etmədən şöküntü işlərini davam etdirir, kommunal xəttlərə qəsdən ziyan vuraraq binanı qəzalı vəziyyətə salır.
Əlavə olaraq bildirik ki, ORBİTA MTK-nın rəhbəri Famil adlı şəxs hər dəfə söküntü işlərini aparanda məhz Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Hacıbala Abutalıbovun adından istifadə edərək "binanı mən sökmürəm BŞİH-ti sökür” ifadəsini işlədir və bizə onunla danışmağı məsləhət görür.
Lakin BŞİH-ti Başçısının müvafiq sərəncamından da göründüyü kimi ərazidə yerləşən qəzalı vəziyyətində olan yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, sakinlərin qarşılıqlı razılaşma əsasında köçürülməsi və kompensasiyanın ödənilməsi ORBİTA MTK-ya həvalə edilmişdir.
Belə olan halda MTK rəhbərinin məsuliyyəti BŞİH-nin Başçısı cənab Hacıbala Abutalıbovun üzərinə atması başa düşülən deyil.
Qanun: Azərbayacan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyətçinin hüquqları qanunla qorunur. Konstitusiyanın 29-cu maddəsinin 4-cü bəndinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özəlləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı "İnsan Hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasnın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heş kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsib olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.
Göründüyü kimi istər Konstitusiyamızda, istər qanunlarımızda və istərsə də Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa Konvensiyasında mülkiyyətin toxunulmaz olması, mülkiyyətçinin hüquqlarının qanunla qorunması, məhkəmə qərarı olmadan heç kəsin mülkiyyətindən məhrum edilə bilməməsi qeyd olunsa da, MTK-nın rəhbərliyi qanunun tələblərinə məhəl qoymayaraq açıq-aşkar şəxsiyyətimizə qarşı cinayət törədərək, bizə hədə qorxu gələrək zorla mülkiyyətimizə sahiblənmək istəyir.
Hörmətli İlham Əliyev!Biz əminik ki, hər bir vətəndaşımızın çox hörmətli Prezidenti kimi bu müraciətimizdən sonra Sizin müvafiq tapşırığınız əsasında bu iş ətraflı araşıdrılaraq ORBİTA MTK-nın rəhbəri Famil adlı şəxsinqanunla qorunan mülkiyyətimizə və şəxsiyyətimizəqarşı qanunsuz əməllərinə son qoyulacaq, mübahisə həllinin tapanadək yaşadığımız Bakı şəhəri Nizami rayonu T.Abbasov küçəsi ev 26 saylı binada qanunsuz söküntü işləri dayandırılacaq, binanın sökülmüş damı və hissəsi yenidən bərpa ediləcək, MTK-nın qanunsuz və cinayətkar əməllərinə qarşı binanın mühafizəsi təmin ediləcək və ən nəhayət MTK-nın bu əməllərinə göz yüman, şərait yaradan yerli və mərkəzi icra hakimiyyəti orqanlarının məmurlarının əməllərinə lazimi hüquqi qiymət veriləcəkdir.

Əvvəlcədən öz dərin minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Sakinlər:

Nuriyeva Elmira Məmməd qızı

Nizami rayonu, T.Abbasov 26, mənzil 1

Atamoğlanov Ramin Tahir oğlu

Nizami rayonu, T.Abbasov 26, mənzil 3

Quliyev Sabir Əli oğlu

Nizami rayonu, T.Abbasov 26, mənzil 4

Fərzəliyeva Fərqanə Hüseynağa qızı

Nizami rayonu, T.Abbasov 26, mənzil 6

Əsədova Gülər Lətif qızı

Nizami rayonu, T.Abbasov 26, mənzil 7

Həsənov Təyyar Mürsəl oğlu

Nizami rayonu, T.Abbasov 26, mənzil 8

Həsənov Həsən Müslim oğlu

Nizami rayonu, T.Abbasov 26, mənzil 9

Abbasov Nizami Fəxrəddin oğlu

Nizami rayonu, T.Abbasov 26, mənzil 10

Mahmudov Etibar Bayram oğlu

Nizami rayonu, T.Abbasov 26, mənzil 11

7NEWS..az



Şərhlər

XƏBƏR LENTİ