yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Telefon çəkdirmək asanlaşdı

Telefon çəkdirmək asanlaşdı
3-08-2017, 12:19 107 614 dəfə baxılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) “Elektron hökumət” portalında təqdim etdiyi elektron xidmətlərdən yararlanmaqla məsafə qət etmədən evinizə, yaxud ofisinizə yeni telefon xətti çəkdirə bilərsiniz.

Nazirlikdən verilən məlumata görə, sözügedən xidmət hazırda Bakı şəhəri (Bakı Telefon Rabitəsi MMC-nin əhatə dairəsi) üçün aktivdir. Vətəndaşlar “Elektron hökumət” portalında onlayn müraciət formasını doldurmaq və onlayn ödəniş etməklə bir neçə dəqiqə ərzində telefon çəkilişi xidmətini sifariş edə, hətta istədiyi nömrəni seçə bilər. Sifariş qəbul olunduqdan sonra 3 gün ərzində mənzilə telefon çəkilir.

Qeyd edək ki, indiyədək “Elektron hökumət” portalı üzərindən “Yeni telefon çəkilişi” xidmətinə 13.637 dəfə müraciət olunub.

Xidmətdən istifadə etmək üçün aşağıdakı 4 sənəddən birinin olması vacibdir.

Evin qeydiyyat şəhadətnaməsi (kupça)

Sərəncam

Order

Müqavilə

Eyni zamanda, “Telefonun addan-ada keçirilməsi”ni də elektron qaydada həyata keçirmək mümkündür. Qeyd edək ki, hər iki xidmətdən istifadə etmək üçün portalda qeydiyyatdan keçmək lazımdır. Bu günə qədər həmin xidmətə olan müraciətlərin sayı 8.765-ə çatıb.

Xidmətdən istifadə etmək üçün ailə üzvlərinin aşağıdakı 4 sənəddən birinin olması mütləqdir.

Doğum haqqında şəhadətnamə

Ölüm haqqında şəhadətnamə

Nikah haqqında şəhadətnamə

Yaşayış yeri haqqında arayış

Yeni istifadəçi üçün isə “Mülkiyyət hüququnu təsdiq edən sənəd” tələb olunur.

Müraciət proseduru sadədir. Bunun üçün sistemə daxil olub telefonun ailə üzvlərindən birinin, yaxud yeni istifadəçinin adına keçirəcəyinizi qeyd edin. Addan-ada keçirəcəyiniz telefonun nömrəsi və əlaqə nömrənizi daxil edib, yuxarıda göstərilən 4 sənəddən birini skan edərək yükləyin və “Növbəti” düyməsini seçin.

Qeyd edək ki, istər “Yeni telefon çəkilişi”, istərsə də “Telefonun addan-ada keçirilməsi” xidmətindən istifadə edərkən qoşula biləcəyiniz servislər və onların abunə haqqı barədə məlumat ekranda əks olunur. İstənilən servisi seçib və ya deaktiv edib, həmçinin şəhərlərarası və beynalxalq çıxış kodlarını açıq, yaxud bağlı olmasını qeyd edib aktivləşdirə bilərsiniz.

Bundan başqa, NRYTN-nin “Elektron hökumət” portalında təqdim edilən elektron xidmətlərindən istifadə etməklə “Telefonun təhvil verilməsi” (müraciət sayı 1944), “Telefonun servislərə qoşulması” (müraciət sayı 12.129), “Telefon üzrə ətraflı məlumat” (müraciət sayı 16.439), “Telefon nömrəsi üzrə axtariş” (müraciət sayı 2.720.797) və s. kimi xidmətlərdən yararlana bilərsiniz.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: asanlashdi, chekdirmek, Telefon
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

22-06-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ