yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Qobu sakini nəqliyyat problemindən şikayətçidir

Qobu sakini nəqliyyat problemindən şikayətçidir
2-08-2017, 14:38 57 261 dəfə baxılıb

Daimi və eyni zamanda saytımızın obyektivliyinə inanan oxucumuz ( bunu özü müraciətində qeyd edir ) Azər Telman oğlu Baxşəliyevin yaşadığı kəndin problemi ilə bağlı şikayətini olduğu kimi dərc edirik:

“Mənim şikayətim 567 nömrəli Avtovağzal- Qobu avtobus marşrutu ilə bağlıdır.

Bu marşrut 29.07.2017-ci il tarixinə qədər Qobu kəndinin lap axırınadək, yəni kəndin təzə salınmış məhəllələrinədək gəlirdi. Və sakinlər də razı idi. Sonradan 140 nömrəli Qobu-Lökbatan marşrutu ilə aralarında yaranan mübahisə nəticəsində 567 nömrəli marşrut öz son dayanacağını təzə salınmış məhəllələrdən 3 km məsafədə geri çəkərək əhalinin haqlı narazılığına səbəb olub.

Nəticədə uşaqlar, qadınlar, qocalar və işə gedən digər şəxslər 3 km məsafəni piyada getməli olur ki, avtobusa minsinlər.

Sizdən xahiş edirik ki, aidiyyəti qurumlara bu barədə məlumat verəsiniz və bizə köməklik etsinlər”.

QAFQAZXEBER.AZ


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: neqliyyat, sakini, Qobu, probleminden, shikayetchidir
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

13-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ