SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » FHN-dən çimərliklərlə bağlı əhaliyə müraciət

FHN-dən çimərliklərlə bağlı əhaliyə müraciət

Tarix:

2-08-2017, 12:54

/ 58 654 dəfə oxundu.
FHN-dən çimərliklərlə bağlı əhaliyə müraciət

Fövqəladə Hallar Nazirliyi çimərliklərlə bağlı təhlükəsizlik qaydaları ilə əlaqədar əhaliyə müraciət edib. Nazirliyin saytına istinadən xəbər veririk ki, yayda çimərlikdə xoş zaman keçirmək üçün hər bir insan təhlükəsizlik qaydalarını bilməlidir.

Qadağandır:

nəzərdə tutulmamış ərazilərdə çimmək;

çimmə zonasının işarələnmiş sərhədlərindən kənara üzmək;

küləkli havada dənizə girmək;

çimərlikdə gecələmək,

sərxoş halda çimərlikdə olmaq;

suda kobud hərəkətlər etmək;

çimərlikdə balıq tutmaq;

xilasetmə texnikasından başqa digər qayıq və kiçik gəmilərlə çimərliyə daxil olmaq!

Yadda saxlayın:

Çimərlikdə uşaqlar nəzarətsiz qalmamalı, xəbərdaredici nişan və lövhələrin göstərişlərinə, xilasedicilərin çağırış və tələblərinə sözsüz əməl edilməlidir!

Qızmar günəş altında fasiləsiz dayanmaq, hava qaraldıqdan sonra suya daxil olmaq təhlükəlidir!

Çimərliklərdə istirahət saat 900-dan 2000-dək daha təhlükəsizdir!

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!

Şərhlər

XƏBƏR LENTİ