SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » “Azneft” İstehsalat Birliyində işçilərin vəzifə dərəcələri aşağı salınır - ŞİKAYƏT VAR

“Azneft” İstehsalat Birliyində işçilərin vəzifə dərəcələri aşağı salınır - ŞİKAYƏT VAR

Tarix:

31-01-2017, 09:40

/ 4 043 dəfə oxundu.
“Azneft” İstehsalat Birliyində işçilərin vəzifə dərəcələri aşağı salınır - ŞİKAYƏT VAR

““Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan idarə və müəssisələrdə çalışan işçilərə tutduqları vəzifə dərəcələrinin aşağı salınması ilə əlaqədar ərizə yazdırırlar”.
Bu haqda Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. O deyib ki, işçiləri narahat edən dərəcələrin aşağı salınması ilə yanaşı, əmək haqlarının da azaldılmasıdır:

“Məsələn, 5-ci dərəcəli çilingər 3-dərəcəyə keçirilməsi üçün ərizə yazır. Yaxud 12-ci dərəcəli mühəndisə 10-11-ci dərəcəyə keçirilməsi ilə əlaqədar ərizə yazdırılır”.
“Azneft” İstehsalat Birliyinin İcitmaiyyətlə əlaqələr üzrə təmsilçisi Vurğun Həsənli Modern.az-a açıqlamasında faktı təsdiq edib. O bildirib ki, bu barədə qərar 1 yanvar 2015-ci il üçün verilib:
“Lakin qərarın icrası 1 il müddətinə təxirə salınmışdı. Səbəb də müşahidələrin daha da genişləndirilməsi üçün idi. Əmrə əsasən, işçilərə fərdi keyfiyyətlərinə görə yeni dərəcələrin verilməsi nəzərdə tutulub”.
V.Həsənli əmək haqlarının azaldılması məsələsinə də aydınlıq gətirib:
“Yeni qaydaya görə, bəzi işçilərin dərəcəsi aşağı salınıb, bəzilərininki artırılıb. Əksəriyyət isə əvvəlki dərəcəsində saxlanılıb. SOCAR-ın əmrinə əsasən, əməyin ölçülməsi beynəlxalq standartlara uyğunlaşdırılır və yeni dərəcləndirilməyə keçilib. Dərəcələri azaldılanların yeni maaş sistemi, dərəcə maaşı və əvvəlki dərəcəsinin maaşı əlavə formasında veriləcək. Məsələn, işçinin əvvəlki dərəcəsi 12 idi, indi 10-a endirilib. Yeni maaşı 10-cu dərəcə ilə alacaq. Aradakı 2 dərəcə fərqi isə əlavə formasında ödəniləcək. Dərəcə artırılanların əmək haqları təbii olaraq artırılıb. Yəni, maaşların azaldılmasından söhbət getmir”.

Şərhlər

XƏBƏR LENTİ