yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Xalqı zəhərləyən “Hicaz” sosiskaları zay çıxdı: Komitə sədri hara baxır?

Xalqı zəhərləyən “Hicaz” sosiskaları zay çıxdı: Komitə sədri hara baxır?
1-08-2017, 09:34 60 440 dəfə baxılıb

“Hicaz 313” MMC tərəfindən istehsal olunan ət məhsullarının tərkibində insanların həyat və sağlamlığı üçün təhlükə var

Bu təhlükəni yaradan mikroorqanizmlərin normativ sənədlərlə yol verilən miqdardan artıq olduğu müəyyən edilib.
İqtisadiyyat Nazirliyi tərəfindən aparılan tədbirlər çərçivəsində müxtəlif ticarət obyektlərində satışda olan bu malların ilkin laborator müayinəsi zamanı belə nəticəyə gəlinib.
Götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində “Hicaz” adlı mal və toyuq ətindən əla növ sosiskada nişastanın kütlə payının normativ sənədlərdə nəzərdə tutulmuş miqdardan artıq olduğu aşkar edilib.
Qanun pozuntularına təkrar yol verilməməsi üçün müvafiq tədbirlərin həyata keçirilməsi barədə “Hicaz 313” MMC-yə göstəriş verilib.
Bu məsələdə Standartlaşdırma, Patent və Meterologiya Dövlət Komitəsinin səhlənkarlığı da qeyd edilməlidir. Komitə tərəfindən bəzi hallarda istehlak mallarıın keyfiyyətinə nəzarət aşağı səviyyədə olur.
Komitə sədri Ramiz Həsənov kolbasa-sosiska firmalarının heç birinin halal olmadığını bildirmişdi. Ancaq “Hicaz” məhsullarının halal olduğunu bildirir.
Hərçənd ki, nəinki halal imiş, ümumiyyətlə zay imiş. Dövlət Komitəsi üzərində "halal" yazılmış kolbasaları niyə satışdan çıxarmayıb?
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənovun "Azərbaycanda heç bir müəssisə halal kolbasa və sosis istehsal etmir" açıqlaması vətəndaşlarda kolbasa məhsullarının halallığına şübhə yaradıb.
Halbuki satışda olan bütün kolbasa və sosis məmulatlarının hamısının üzərində "halal" sözü qeyd olunub.
Komitə sədri Ramiz Həsənovun verdiyi açıqlamaya inansaq, ölkədə tərkibində donuz əti və piyi olmayan kolbasa məhsulu yoxdur. Belə olan halda üzərində "halal" yazılan kolbasa məhsulları niyə satışdan çıxarılmır?
Açığı, nə Həsənovun dediklərini, nə Komitədən bu barədə əlavə izahatı anlayışla qarşılamaq olmur.
Əvvəla, bir halda ki, ölkədə heç bir müəssisə "halal" standartından yararlanmayacaqdısa, onun ətrafında hay-küy yaratmaq, cəmiyyətdə ciddi polemikalara yol açmaq nəyə lazım idi?
Bu bir daha "halal" standartının müvafiq qurumların istehsal müəssisələrini "sıxma-boğmaya" salmağın bir vasitəsi olacağına dair xeyli əvvəldən mövcud olan ehtimalları təsdiqləmirmi?
İkincisi, bir məhsulun üzərində "halal standartı" yazmaqla "halal nemət" yazmağın fərqi nədir?
Onsuz da həmin standart qəbul edilənədək məhsullar üzərində "halal nemət", "halal kəsim" və s. kimi sözlər yazılırdı, halal standartı da məhz bunu önləmək üçün qəbul edilmişdi.
Əgər indi istehsal müəssisələrinin "halal nemət" kimi yazılardan istifadə etməsi "reklam xarakterli" sayılırsa, bəs əvvəllər buna etiraz nə üçün idi?
Göründüyü kimi, Ramiz Həsənovun komitəsi məlum standartı qəbul etməklə, problemi aradan qaldırmadı.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: sosiskalari, Komite, baxir, zeherleyen, zay, chixdi, Hicaz, hara, sedri, Xalqi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ