SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Fikrət Qocanın oğlunu öldürən məhkəmə qarşısına çıxarıldı

Fikrət Qocanın oğlunu öldürən məhkəmə qarşısına çıxarıldı

Tarix:

31-07-2017, 12:17

/ 60 877 dəfə oxundu.
Fikrət Qocanın oğlunu öldürən məhkəmə qarşısına çıxarıldı

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevin öldürülməsinə görə təqsirləndirilənlər - Elnur Nəhmədov, Pərviz Hüseynov və Ruslan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Hakim Novruz Kərimovun icraatında olan prosesdə ilkin hazırlıq iclası keçirilib.

İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, hadisə 2017-ci il martın 11-də gecə saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayon şöbəsinin binasında baş verib.

Yolçu Qocayev, tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində döyülərək öldürülüb.

P.Hüseynov və R.Məmmədov xuliqanlıqda, E.Nəhmədov isə xuliqanlıq niyyəti ilə adam öldürməkdə təqsirləndirilir.

Şərhlər

XƏBƏR LENTİ