SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Zaqatalada ağac kəsənə 3 minlik cərimə

Zaqatalada ağac kəsənə 3 minlik cərimə

Tarix:

31-07-2017, 11:40

/ 59 690 dəfə oxundu.
Zaqatalada ağac kəsənə 3 minlik cərimə

Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Zaqatala rayonunun Muxax kənd sakini Şaban Mahmudov tərəfindən Muxax bələdiyyəsinin mülkiyyətinə məxsus Selbasar adlanan ərazidə ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub.

Şikayət nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Araşdırma zamanı sözügedən ərazidə yaş köküstə 7 ədəd ağ akasiya ağacının rayon sakini İlqar Gəncəliyev tərəfindən kəsildiyi aşkar olunub.

Faktla bağlı protokol tərtib edilib, inzibati xəta törətdiyinə görə İ.Gəncəliyevə 2890 manat məbləğində cərimə və ziyan tətbiq olunub.

Şərhlər

XƏBƏR LENTİ