SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Bakı Qızlar Universiteti ilə Dövlət Pedaqoji Universitet birləşir

Bakı Qızlar Universiteti ilə Dövlət Pedaqoji Universitet birləşir

Tarix:

31-01-2017, 08:53

/ 23 118 dəfə oxundu.
Bakı Qızlar Universiteti ilə Dövlət Pedaqoji Universitet birləşir

Bakı Qızlar Universiteti ilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin birləşdirilməsinə hazırlıq gedir

Bu barədə verilən məlumata görə, bəzi dövlət və özəl ali məktəblərinin bağlanması çərçivəsində sözügedən iki universitetin birləşməsi gündəmə gəlib.

Məlumatda deyilir ki, BQU ilə ADPU-nun bir təsisat altında fəaliyyət göstərməsi ideyası müzakirə edilir.

Hər ikisinin gələcəyə müəllim və pedaqoq yetişdirməsi nəzərə alınaraq bir təhsil ocağı kimi fəaliyyət göstərməsi qərara alınıb.

Xəbərdə bildirilir ki, hökumətin qənaət rejiminə keçməsi nəticəsində bir-birini təkrarlayan ali təhsil müəssisələrinin fəaliyyətinə xitam verilməsi nəzərdən keçirilir.

Ölkə rəhbərliyinin təhsil sektorunda inqilabi dəyişikliklər planı var. Strateji Yol Xəritəsində nəzərdə tutulan müddəalardan biri də bu sahəni tənzimləmək və çatışmazlıqları aradan qaldırmaqdır.

Həmçinin yaxınlara başqa universitetlərində birləşdirilməsi gözlənilir. Bu həm ali təsil sisteminin modernləşməsi, həm də dövlət xərclərinin optimallaşdırılmasına səbəb olacaq.

Bu barədə verilən məlumata görə, son vaxtlar Təhsil Nazirliyinin tabeçiliyində olan strukturların birləşdirilməsi prosesi gedir.

Məsələn, Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və T.İsmayılov adına Bakı şəhəri Uşaq-gənclər Yaradıcılıq Sarayının bazasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi yaradılıb, bir neçə kollec birləşdirilib.

Nazirlər Kabinetinin qərarı ilə orta ixtisas təhsili müəssisələrinin şəbəkəsinin optimallaşdırılması, təkrarlanmanın aradan qaldırılması, idarəetmənin, maliyyələşdirmənin, kadr hazırlığının səmərəsinin və keyfiyyətinin yüksəldilməsi məqsədi ilə Bakı Sosial Pedaqoji Kolleci Bakı Humanitar Kollecinə, Bakı Kompüter Kolleci Bakı İdarəetmə və Texnologiya Kollecinə, Şuşa Musiqi Kolleci Şuşa Humanitar Kollecinə qoşulub.

Şərhlər

XƏBƏR LENTİ