SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Yevlax xəstəxanası yandı: 4 həkim, 2 FHN işçisi zəhərləndi -YENİLƏNİB

Yevlax xəstəxanası yandı: 4 həkim, 2 FHN işçisi zəhərləndi -YENİLƏNİB

Tarix:

27-07-2017, 16:53

/ 114 249 dəfə oxundu.
Yevlax xəstəxanası yandı: 4 həkim, 2 FHN işçisi zəhərləndi -YENİLƏNİB

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın zamanı xəstəxananın 4 əməkdaşı tüstüdən zəhərlənib.

Həmin şəxslər Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən "Report"a fakt təsdiqlənib.

Yanğının söndürülməsi zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) iki əməkdaşı da zəhərlənib. Həmin şəxslərə oksigen balonu vasitəsilə ilkin tibbi yardım göstərilib. Hazırda həmin şəxslərin vəziyyəti normaldır.

***

15.30

Yevlax Rayon Mərkəzi Xəstəxanasındakı xəstələrin hamısı təxliyyə olunub.

Məlumata görə, yanğın söndürülüb. Lakin hələ də tüstülənmə qalır.

***

15.03

Yevlax Rayon Mərkəzi Xəstəxanasında yanğın başlayıb.

Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.

Məlumata görə, xəstəxananın işçiləri və orada müalicə olunan xəstələr təxliyə edilir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunub.

Yevlax Rayon Mərkəzi Xəstəxanasında baş verən yanğın səbəbi ilə bütün xəstələr təxliyə edilib.

Xəstəxanadan verilən məlumata görə, yanğın xəstəxana binasının dam örtüyündən başlayıb: "Yanğın zamanı xəstəxananın Cərrahiyyə şöbəsinə üç xəstə əməliyyat masasında olub və həmin xəstələr dərhal təcili tibbi maşınları ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Hadisə yerinə 4 yanğın söndürəm maşın və FHN-ni və canlı quvvəsi cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində mühüm işlər görülür".

Şərhlər

XƏBƏR LENTİ