yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Azəriqaz" vətəndaşın başına necə oyun açır - ŞİKAYƏT

27-07-2017, 16:33 111 070 dəfə baxılıb

«İki ildən çoxdur ki, mənə məxsus evin qaz sayğacının önündə quraşdırılmış qaz tənzimləyicisi oğurlandığından qazdan istifadə edə bilmirəm. Görün məmurlar vətəndaşı nə qədər süründürür ki, vətəndaş məcbur qalıb bir qaz sayğacından ötrü də prezidentə yazır». Bunu Masazır sakini, 1-ci qrup əlil Miryaqub Babayev deyir.

M.Babayevin evi nə az, nə çox - düz iki ildir ki, «Azəriqaz» işçiləri üzündən mavi yanacaqla təmin olunmur. Daha dəqiqi, iki il əvvəl oğurlanmış qaztənzimləyicinin yeri hələ də boş qaldığından, abonent qaz sayğacından istifadə edə bilmir: ««Azəriqaz»ın korrupsiya çirkabına bulaşmış idarələri bu avadanlığı özümə aldırmaq istəyirlər. İki ildən çoxdur ki, onlar buna çalışırlar. Aldığım 200 manat təqaüd heç dərmanlarıma çatmır, yediyim də qara çörəklə duzdur. Mən bunu iki ildir ki, «Azəriqaz»ın işçilərinə başa sala bilmirəm».

M.Babayev: «Mən də aldığım rəsmi cavabları, polisdən oğurluğu təsdiqləyən sənədi və iddia ərizəmi Abşeron rayon Məhkəməsinə təqdim etdim. Məhkəməyə rüsum ödəmək imkanım olmadığından iddiamı özümə qaytardı».

Məhkəmədən əli üzülən abonentin son ümidi yenə ölkə başçısına yazmağa qalır. Budəfəki məktubundan sonra Abşeron rayon Qaz İdarəsindən ona cavab gəlir: «Cavabdan belə məlum oldu ki, guya onlardan qaztənzimləyici tələb etməyim əsassızdır. Açıq şəkildə yazmışdılar ki, «avadanlığı al, gərək quraşdıraq»».


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: , oyun, vetendashin, bashina, Azeriqaz, achir, nece, ShKAYET
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ