SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Nazir iki icra başçısı və bir generalı korrupsiya ilə “şillələdi”

Nazir iki icra başçısı və bir generalı korrupsiya ilə “şillələdi”

Tarix:

27-07-2017, 09:47

/ 91 194 dəfə oxundu.
Nazir iki icra başçısı və bir generalı korrupsiya ilə “şillələdi”

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin (DMNX) mərkəzi aparatı Şəki və Neftçala icra hakimiyyətlərində korrupsiya faktları aşkarlayıb
Regional maliyyə müfəttişlikləri büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, aparılmış yoxlamalarla aşkar edilmiş 1 mln. 762,9 min manat məbləğində nöqsanların ciddiliyini nəzərə alaraq həmin nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.
Belə ki, Şəki Şəhər İcra Hakimiyyəti başçısının Turan qəsəbəsi üzrə inzibati ərazi dairəsində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aparatında, eləcə də DMNX-ya daxil olmuş müraciət üzrə Neftçala Rayon İcra Hakimiyyətinin Neftçala Rayon Kommunal Müəssisələri Kombinatında araşdırmalar aparılıb və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlama materialları Baş Prokurorluğa göndərilib.
Bu rəsmi məlumatın açması ondan ibarətdir ki, maliyyə naziri Samir Şərifov iki icra başçısını və bir generalı korrupsiya ifşası ilə möhkəm “vurub”.
Söhbət Şəkinin başçısı Elxan Usubov və Neftçalanın icra hakimi İsmayıl Vəliyevlə birlikdə Səfərbərlik Xidmətinin rəisi, general Arzu Rəhimovdan gedir.
Neftçala və Şəki icra hakimiyyətlərindəki nöqsanlar prokurorluq tərəfindən araşdırılacaq. Bu öz yerində, amma hər iki rayonun icra hakimi çoxdandır bu postda oturublar.
E.Usubovla İ.Vəliyevin yaşı da, uzunmüddətli vəzifə sahibi olmaları da onların gedişini şərtləndirib. Mənbə qeyd edir ki, dekabrın 15-də prezidentə veriləcək dosye əsasında hər iki rayonun icra hakimlərinin əvəzlənməsi gözlənilir.
Son illərdə Şəkidə və Neftçalada heç bir inkişaf getməyib. İcra başçılarının gördüyü bir iş yoxdur ki, təqdir olunsun.
Onların büdcə pullarını mənimsəməsi də müfəttişlər tərəfindən aşkar edilib. Odur ki, rayonlara yeni rəhbərlərin göndərilməsi zərurəti yaranıb.
Habelə, son vaxtlar gündəmdən düşməyən A.Rəhimovun da “vurulması”nı qeyd etmək lazımdır. Onun müavini, general Novruzəli Orucovun işdən çıxarılması ilə gündəmə gəlmiş A.Rəhimovun aparatında nöqsanlar aşkarlanması yaxşı xəbər deyil.
Onun vəzifədən getməsi, müəyyən qüvvələrin bu sistemi onun əlindən almaq istəməsi istisna edilmir. Bir neçə gün əvvəl də adı uniforma biznesində hallanırdı.
Məlumata görə, Arzu Rəhimov hərbi komissarlıqlarda geyim biznesi qurub. Mətbuatda gedən məlumatlara görə, general hərbi komissarlıqlarda xidməti uniformaları satışa çıxarıb.
Dövlət tərəfindən komissarlıq işçilərinə pulsuz paylanmalı olan uniformalar A.Rəhimovun arzusu ilə pulla satılır. Nəticə etibarı ilə Xidmət rəisi dövlətin verdiyi geyimlərdən pul qazanır.
Amma qeyri-rəsmi və gizli şəkildə həyata keçirilən bu əməliyyata görə heç kəs şikayət edə bilmir. Hər bir SHXÇDX əməkdaşı ehtiyat edir ki, vəzifəsindən kənarlaşdırıla bilər.
A.Rəhimovun uniformalarla yanaşı komissarlıq binalarının təmiri və tikintisi işlərindən də pul mənimsədiyi iddia edilir.

Şərhlər

XƏBƏR LENTİ