yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Olimpiya çempionumuza cinayət işi açıldı

Olimpiya çempionumuza cinayət işi açıldı
25-07-2017, 14:40 80 103 dəfə baxılıb
yüklənir...

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədən həndbol üzrə olimpiya çempionu Lyudmila Şubina barəsində cinayət işi başlanılıb.

Faktla bağlı Yasamal rayon Polis idarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi açılıb, ekspertiza təyin edilib.

L. Şubina barəsində hansı qərarın veriləcəyi ekspertiza rəyindən sonra məlum olacaq.

Qeyd edək ki, hadisə iyulun 20-də Yasamal rayonunda baş verib. Füzuli küçəsində 90 RR 445 dövlət qeydiyyat nişanlı "Honda CR-V" markalı avtomobili idarə edən 1948-ci il təvəllüdlü Şubina Lyudmila Yeqorovna idarəetməni itirərək yolu keçmək istəyən 1988-ci il təvəllüdlü Məmmədova Ülkər Dilqəm qızı və onun oğlu 2014-cü il təvəllüdlü Məmmədov Hüseyn Nicat oğlunu vurub. Xəsarət alan hər iki şəxs 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Ü. Məmmədova bir neçə gündən sonra xəstəxanada ölüb, oğlu isə evə buraxılıb.

Qeyd edək ki, Lyudmila Şubina XXI Yay Olimpiya Oyunlarında həndbol üzrə çempionu olub.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: cinayet, Olimpiya, chempionumuza, achildi, ishi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-08-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ