SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Müəllimə İsmayıllı RPŞ-nin rəis müavini ilə bağlı videomüraciət yaydı: ”Məni dostu ilə domikə aparıb zorladı, sonra tapançası ilə…”

Müəllimə İsmayıllı RPŞ-nin rəis müavini ilə bağlı videomüraciət yaydı: ”Məni dostu ilə domikə aparıb zorladı, sonra tapançası ilə…”

Tarix:

25-07-2017, 12:53

/ 74 043 dəfə oxundu.
Müəllimə İsmayıllı RPŞ-nin rəis müavini ilə bağlı videomüraciət yaydı: ”Məni dostu ilə domikə aparıb zorladı, sonra tapançası ilə…”

Bakıda yaşayan müəllimə, ikinci qrup əlil Criminal.az saytına yüksək vəzifəli polis zabiti ilə bağlı şok video müraciət göndərib. Bir uşaq anası olan V.D-ova hazırda İsmayıllı rayon Polis Şöbəsinin rəis müavini işləyən, pokovnik-leytenant Pərviz İsmayılov və onun adaşı olan dostu tərəfindən zorlandığını iddia edir.
V.A-ova açıqlamasında bildirdi ki, P.İsmayılovla 2007-ci ildən tanışdır və başına gətirilən hadisəyə kimi dost münasibətləri olub: ”Həyat yoldaşım rəhmətə gedəndən sonra Yevlax şəhərində köçmüşdüm. Həmin şəhərdə özümə ev axtaran zaman bir nəfərlə tanış oldum. O, mənə təklif etdi ki, onun evində pulsuz qalım. Həmin şəxsin evində 6 ay yaşadım. Bir gün zəng gəldi, həmin Pərviz idi. Dedi ki, sizin nömrə filankəsin telefonunda var və həmin adamı həbs etmişik. Sonra 3 nəfər Yevlaxa gəldi, bildirdilər ki, evi mənə verən şəxs guya narkobarondu. Halbuki həmin adam vinzavod direktorunun oğlu idi. Elə o vaxtdan Pərvizlə tanış oldum və məni şantaj etməyə başladı. Dedi ki, səni də tutacaqdım, guya məndən xoşu gəldiyinə görə tutumayıb. Həmin vaxt Pərviz Göçayda əməliyyatçı idi. Məni 3 il təhdid içərisində saxladı. Sonra mən Bakıya köçdüm”.
Şikayətçi daha sonra başına gətirilən hadisənin necə baş verməsini danışdı: ”2010-cu ilin aprel-may ayları idi. Pərviz zəng etdi ki Bakıdayam, yeni təyinat almışam, qonaqlıq verirəm, istəyirəm stolumun başında sən oturasan. Yasamalda ”Quzu kababı” kafesində qonaqlıq verdi, içki təklif etsə də, imtina etdim. Sonra hamı dağıldı, Pərviz, mən və dostu qaldıq. Ordan çıxdıq, Pərviz məni çay evinə apardı, qalyan sifariş etdi. Mənə də iki dəfə tustu aldırdı. Başım hərləndi, müqavimətim qırıldı. Gözüm görürdü, qulağım eşidirdi, amma taqətim yox idi. Pərviz mənim belimdə qucaqlayaraq bir domikə apardı. Sonra dostu Pərviz gəldi ora gəldi. Həmin domikdə məni təbii və qeyri-təbii yolla zorladılar. Komaya düşmüşəm, dilim qatlanıb. Bunlardan hansısa qışqırdı ki, ölür. Sonra ayıldım ki, hamamda başıma soyuq su tökürdülər. Qızım zəng edib, telefonum açılıb bağlanıblar. Səsimi eşidiblər. Sonra telefonuma zəng edən tanışıma deyiblər ki, guya içmişəm, məni ayltmağa çalışırlar.
Sonra məni silahla təhdid etməyə başladılar, hələ də alnımda tapancanın çapığı var. Hədələdi ki, burda olanları kiməsə müraciət etsəm öldürərik. Sonra o biri Pərviz də təhdid etməyə başladı. O vaxt qızımın 13 yaşı vardı, qorxumdan susmalı oldum. Onlar məni təhdid etməsəydilər belə müraciət etmək fikrim yox idi. Çünki hamı məni günahlandıracaqdı. Onlar səhər saat 6-da məni maşına qoyub evimə aparanda tanışım görüb. Tanımışımı kənara itələyiblər ki, bu düzgün adam deyil, məndən uzaq olsun. Əgər mən normal adam deyildimsə, Pərviz niyə dost kimi DİN əməkdaşlarına təqdim edirdin? Həmin günün sabahı Pərviz mənə zəng edib dostu ilə həkimə getmək üçün 400 manat göndərdi. İllər keçdi, heç o adamı axtarmırdım. Məndə psixoloji travma get-gedə böyüdü. Qərar verdim ki, bu adamı tapıb cəzalandıracam. Məlum oldu ki, Pərviz İsmayıllıda rəis müavinidi. İş otağına getdim, mənə 50 min manat təklif etdi. Karyerasını məhv etməməyimə görə yalvardı. Bildirdi ki, mənə vurduğu maddi və mənvi ziyanı ödəyəcək.
Hətta arada əsəbləşib dedi ki, raport yazıb polisdən çıxaram, sonra səni və balanı məhv edərəm. Söhbəti yekunlaşdırdıq, ora getdiyim maşının pulunu da verib məni yola saldı. 2016-cı dekabrın 16-da mənə zəng etdi ki, ”Oazis”in yanında bir nəfər məni gözləyirlər. Getdim, Camal adlı oğlan idi. 2000 dolar verdilər. Pulu gondərəndən sonra bir müddət sonra səsi gəlmədi. Mart ayına qədər gözlədim, səsi çıxmadı yenə. Daha sonra isə Tofiq adlı vəkili ilə mənə iki min dollar göndərdi. Vəkil mənə kağız yazdırıb imzalatdı ki, xəsarətləriməə görə 2000 dollar aldım. Sonra Tofiqlə 1500 dollar göndərdi, və eyni qaydada kağıza yazdırıb imzalatdırdı. Bu il aprelin 4-də düşündüm ki pulları xərcləməmişdim, qaytarmaq istədim. Mayın 1-də Pərviz mənə Nərimanovda parkda görüş təyin etdi. Çayxanaya girdik, oturan kimin Pərviz 6 min dollar çıxardıb stolun üstünə qoydu. çayxanaya girəndə də orda başqa stolda iki nəfər şübhəli şəxs vardı. Gördüm ki, onlar məni telefonla çəkir. Hiss etdim ki, Pərviz məni tutduracaq, əməliyyat hazırlayıblar. Bilirdim pulu götürməsəm də tutacalar. Pulu götürdüm, 4 nəfər məni maşına mindirib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdi”.
V.A-ova deyir ki, idarədə çantasında çəkilişlə pulları çıxardılar: ”Pərvizlə bağlı bütün çəkiliş və CD-ləri götürdülərdi. Protokol gətirdilər ki, guya şantaj yolu ilə istədiyim 50 min dollardan 6 mini alarkən yaxalanmışam. İmzalamaqdan imtina etdim. İki gün məni idarədə saxladılar. Orda olanda Kəbleyi deyilən bir adam dedi ki get balanı saxla, pərvizlə işin olmasın. İstintaqın rəisi İsmayıl Əliyevin yanına apardılar məni. O, mənə xəbərdarlıq etdi ki, burda olanları heç kim bilməsin. Zorlanmağımla bağlı ekspertizanın rəyi gəldi. Zorlanma zamanı aldığım xəsarətin izi təsdiqini tapdı. Bandotdeldən çıxandan sonra DİN və Baş Prokurorluğa şikayət etdim”.
Rəis müavini P.İsmayılova açıqlamasında bildirdi ki, həmin qadının səsləndiriyi fikirlər özünümüdafiədir: ”O düşünür ki, mənə ləkə yaxmaq və ya şantaj etməklə güzəştə gediləcək. Onun danışdıqları yalandır. Onun barəsində 182.2.2, 182.2.4 maddələri ilə cinayət işi var. O tək məni yox, başqa bir həkimi də şantaj edib 12 min manat alıb. Telefonda mənə dedi ki, bir kardioloq var, getdim kardioqarama etdirməyə, tamah saldı. Gedib həmin həkimi tapdım. Cinayət işində var. 5500 dollar məndən alıb. Bununla kifayətlənməyib, yenidən 50 min dollar istəyir. Bunların hamısının səs yazıları məndə var. Mənə deyi ki, pul verməlisən, yoxsa karyeranın üzərindən xətt çəkməli olacaqsan”.
Rəis müavini qadının zorlanması ilə bağlı bütün fikirləri rədd etdi: ”O kimdir ki mən onu zorlayım. Bu şər-böhtandır. Onu 2007-də tanımışam. Onun yaşadığı narkomanı tutmuşam. O adamı da elə bu qadının əli ilə tutumuaşm. Mənə deyir ki, sən o adamı tutub məni çörəksiz qoydun. Məndən mayın 1-də 6 min dollar alıb. Külli miqdardı. Abır-həyamı qorumaq üçün verdim pulu ona. O, şantajçıdı. Eşidib rəis müaviniyəm, ona görə belə edir”.
DİN-in Baş mütəşəkkil Cİnayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsinin müstəntiqi Ramil Əliyev Criminal.az-a qısaca bildirdi ki, həmin xanım barəsəində hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işi başlanıb. İstintaq bitəndən sonra məhkəməyə göndəriləcək.

Şərhlər

XƏBƏR LENTİ