SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Sumqayıtda məktəbin stadionu satılıb – VİDEO

Sumqayıtda məktəbin stadionu satılıb – VİDEO

Tarix:

24-07-2017, 09:33

/ 60 946 dəfə oxundu.
Sumqayıtda məktəbin stadionu satılıb – VİDEO

Sumqayıtdakı 5 və 16 nömrəli məktəblərin idman meydançası tikinti şirkətlərinə satılıb və orada hündürmərtəbəli binalar ucaldılıb. Hazırda analoji hadisə 21 nömrəli orta məktəbin idman meydançasında yaşanır. Həmin ərazidə yaşayan sakinlər təhsil müəsissəsinin stadionun qəsdən dağıdıldığını və qeyri-qanuni olaraq tikintinin aparıldığını deyirlər. Əlavə etdilər ki, faktla bağlı Təhsil Nazirliyinə müraciət edilib və qurumdan bildirilib ki, burada heç bir tikinti aparılmayacaq.
Bundan başqa, məktəbin yolu da dağılaraq bərbad vəziyyətə salınıb. Sakinlər deyirlər ki, əvvəllər burada asfalt örtüyü olub və yolu bu hala ağırtonnajlı maşınlar gətirib çıxarıb. Məsələ ilə bağlı üz tutduq 21 nömrəli məktəbə. Tədris ocağının direktoru müxtəlif bəhanələrlə suallarımıza cavab verməkdən imtina etdi. Yalnız bildirdi ki, stdionda heç bir tikinti işləri aparılmayacaq. Yaxınlıqda hündürmərtbəli binalar inşa edən şirkətdən isə bizə cavab verən olmadı. Əksinə çəkilişə mane olmağa çalışdılar.
Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma idarəsindən bildiriblər ki, mövcud vəziyyətdən xəbərləri var. Qapalı mini futbol meydançası yaradılıb, həmin ərazidə tikinti işlərinin qanuni şəkildə həyata keçirilməsi üçün sənədləşmə işlərinə başlanılıb.

Şərhlər

XƏBƏR LENTİ