SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Abel Məhərrəmov və Cəfər Cəfərovdan tələbələrə təhsil haqqı zərbəsi

Abel Məhərrəmov və Cəfər Cəfərovdan tələbələrə təhsil haqqı zərbəsi

Tarix:

23-07-2017, 22:33

/ 73 683 dəfə oxundu.
Abel Məhərrəmov və Cəfər Cəfərovdan tələbələrə təhsil haqqı zərbəsi

Bakı Dövlət Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil haqları artıb
Bəzi ixtisaslarda təxminən 100-200 manat artım var.
BDU-dan bildirilib ki, o da müəyyən dövrü tənzimləmələr üçündür. Yəni, kütləvi şəkildə artım müşahidə edilməyəcək. Artım əsasən bakalavr pilləsində olacaq.
Ümumi qiymətlərə gəlincə, təhsil haqları 1600-4800 manat arasında dəyişir. Ancaq bu nə tənzimləmədirsə, tələbələrin, valideynlərin büdcəsinə azı 100-200 manat zərbə vurulub. Görünür, rektor Abel Məhərrəmov üçün bu pul gündeəlik xərcdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2017-2018-ci tədris ili üçün ötən illə müqayisədə 300-500 manat arası artım qeydə alınıb:
“Müasir dövr üçün daha çox tələb olan ixtisaslarda təhsil haqqı 1800 manatdır. Digər ixtisaslarda təhsil haqqı 1600 manatdır”.
Maraqlıdır ki, yerdə qalan dövlət təhsil ocaqlarında illik ödənişlərin artımı nəzərdə tutulmayıb. Təkcə ADPU və BDU valideynlərə pislik edib.
Abel Məhərrəmov və Cəfər Cəfərov isə əhalinin maddi vəziyyətinin çətinləşməsinə əhəmiyyət vermədən təhsil haqlarının artırılmasına qərar verib. Halbuki, digər ali məktəblər buna zərurət bilməyib.
BDU və ADPU günbəgün reytinqini aşağı salır. Hər iki təhsil ocağında tez-tez qalmaqallar yaşanır.
Əsasən də qocaman BDU-nun adı gah rüşvətdə hallanır, gah tələbəni həbs etdirməkdə, gah məmurlara diplom satmaqda...
Əhalinin sosial vəziyyəti çətinləşir. İqtisadi böhran və devalvasiya insnaların gündəlik həyatına çox böyük təsir edib. Ailələrin büdcəsi azalıb, gəlirlər aşağı düşüb, xərclər çoxalıb.
Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov hər bir valideynin onun kimi yaşadığını düşünür.
İnsanların sosial vəziyyətini nəzərə almayan rektor ilin-günün bu vaxtından təhsil haqqını qaldırır. Prezidentə qarşı bir siyasət yürüdən A.Məhərrəmov tələbələri və valideynləri üstünə qaldırır.
Onu da demək lazımdır ki, ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU indi rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtaha görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlir.
A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.
Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir. Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi.
Məsələn, Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılovun “Wikipedia” səhifəsində 984-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 2004-cü ildə - yəni 42 yaşında isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirməsi qeyd olunub. Amma başqa mənbələr bu diplomun saхta olduğunu iddia edib.

Şərhlər

XƏBƏR LENTİ