yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var? - Novruz Məmmədov

Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var? - Novruz Məmmədov
17-07-2017, 12:54 142 462 dəfə baxılıb

Bu gün beynəlxalq münasibətlərdə uğurlardan danışmaq çətin və mürəkkəbdir, çünki dünya Varşava Müqaviləsinin fəaliyyətinin dayandırılmasından sonra ədalətli prinsipləri saxlaya bilməyib.

Bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov RİA Novosti agentliyinə müsahibəsində deyib.

N.Məmmədov qeyd edib ki, dünyanın belə olmasına səbəb ədalətin mövcud olmamasıdır: "Varşava Müqaviləsindən sonra dünya ədalət prinsiplərini saxlaya bilmədi. Əgər beynəlxalq münasibətlərdə ədalət yoxdursa, universal dəyərlərdən danışmağın nə mənası var?"

O, Qarabağ münaqişəsinə də toxunaraq bildirib ki, nədənsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli qiymətləndirilməsi maneələrlə rastlaşır:

“Bu gün elə vəziyyət yaranıb ki, bir müharibə ilə heç nə həll etmək mümkün deyil. Belə ki, hər hansı münaqişə yeni münaqişə doğurur və superdövlətlər bu məsələdə fəal iştirak edirlər".

Azərbaycan Prezidentinin köməkçisi xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur, bura da “beynəlxalq arenada lazım olanda öz sözünü deyə bilən” dövlətlər daxildir.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: deyerlerden, danishmagin, ne, munasibetlerde, Beynelxalq, universal, Memmedov, edalet, var, Novruz, , yoxdursa, menasi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ