yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Azərbaycan XİN prezidentlərin görüşü ilə bağlı məlumat yaydı

Azərbaycan XİN prezidentlərin görüşü ilə bağlı məlumat yaydı
12-07-2017, 12:57 125 517 dəfə baxılıb

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bu il iyulun 11-də Brüsseldə keçirilmiş görüşü ilə əlaqədar Azərbaycan XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlama verib.

Onun sözlərinə görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən xarici işlər nazirlərinin bu il BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşünün keçirilməsi təklif edilib və Azərbaycan tərəfi bu təklifə razılığını bildirib:

"Həmsədrlər tərəfindən Azərbaycan və Ermənistan Prezidentlərinin görüşü barəsində təklif hər iki ölkənin xarici işlər nazirləri tərəfindən dövlət başçılarına məruzə ediləcək. Prezidentlərin görüşündən sonra 2017-ci ilin payızında həmsədrlərin regiona təkrar səfəri planlaşdırılıb.

Görüş əsnasında xarici işlər naziri Elmar Məmmədyarov bir daha bildirmişdir ki, münaqişə ilə əlaqədar gərginliyin azaldılması və regionda təhlükəsizliyin təmin olunması üçün həmsdərlərin təqdim etdikləri mövcud planlara uyğun olaraq, Ermənistan qoşunları Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmalıdır.

Görüşdə hər hansı mexanizmlərin yaradılması müzakirə mövzusu olmayıb".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yaydi, XN, Azerbaycan, ile, gorushu, bagli, melumat, prezidentlerin
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

24-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ