XalqXəbər.Az

Azərbaycan prezidenti qazaxıstanlı həmkarına məktub göndərib

yüklənir...
Azərbaycan prezidenti qazaxıstanlı həmkarına məktub göndərib
6-07-2017, 15:50
yüklənir...

Azərbaycan prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Nursultan Nazarbayevi 77 illiyi ilə münasibəti ilə təbrik edib.

Qazaxıstan prezidentinin rəsmi saytına istinadən verdiyimiz məlumata görə, Azərbaycan prezidenti məktubda Qazaxıstan prezidentinin müdrik və uzaqgörən siyasəti nəticəsində Qazaxıstanın sosial-iqtisadi və mədəni inkişafını qeyd edib, Qazaxıstanın qlobal proseslərdə fəal iştirak etdiyini vurğulayıb.

İ. Əliyev Azərbaycanla Qazaxıstan arasında dostluq və mehriban qonşuluq ənənəsinin qorunmasında Qazaxıstan prezidentinin xidmətlərini yüksək qiymətləndirib: “İnanıram ki, bir-birinə tarixi köklərlə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında münasibətlər, tərəfdaşlıq, ikitərəfli və çoxtərəfli əməkdaşlıq gələcəkdə də dinamik və davamlı şəkildə inkişaf edəcək. Bu gözəl gündə sizə möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Qazaxıstan xalqının rifahı naminə yorulmaz fəaliyyətinizdə uğurlar arzulayıram”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.