yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Trampdan Əliyevə - Təbrik məktubu

Trampdan Əliyevə - Təbrik məktubu
29-06-2017, 17:40 104 073 dəfə baxılıb

ABŞ prezidenti Donald Tramp Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidentini təbrik edib.

Xalqxeber.Az xəbər verir ki, təbrikdə qeyd olunur:

"Hörmətli cənab Prezident,

Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər.

Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır.

Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm.

Ramazan bayramınız mübarək olsun".


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Tebrik, Eliyeve, mektubu, Trampdan,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ