yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

«Böyük bir oyun qurulub və bu oyunçularda hakim komanda da təmsil olunurdular» - Partiya sədri

«Böyük bir oyun qurulub və bu oyunçularda hakim komanda da təmsil olunurdular» - Partiya sədri
29-06-2017, 14:41 55 232 dəfə baxılıb

«Bu gün MDB ölkələrində, eləcə də Azərbaycanda çox təhlükəli proseslər gedir. Rusiya, Amerika və bəzi Qərb dövlətləri Azərbaycanda çevriliş etmək istəyirlər».
Bu fikirləri açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. Onun sözlərinə görə, artıq bununla bağlı narahatlıqlar bir sıra millət vəkilləri tərəfindən də ifadə olunub: «Böyük bir oyun qurulub və bu oyunçular da hakim komandada təmsil olunurdular. Onlar hər an mənim əziz qardaşıma, ölkə prezidentinə zərbə vurmağa hazırdırlar. Mən bunlara qarşı mübarizə aparıram. Amma bu mübarizə mənə çox baha başa gəlir. Bu gün ölkə iqtisadiyyatını hansı vəziyyətə salıblar. Pensionerlər, aztəminatlı ailələri niyə narazı salırlar? Bütün bunları qəsdən edirlər ki, prezidentin başı daxili çəkişmələrə qarışsın, islahatların dərinləşməsi gerçəkləşməsin. Bütün bu adamların hamısı Rusiyaya bağlıdır. Özü də elə sistemləşiblər ki, elə bir Rusiyanın burada hökumət qolu var. İstər ordu daxilində, istər hakimiyyətin digər qanadlarında Rusiyanın adamları yerləşib ki, fürsət düşən kimi milli maraqlara zidd addımlar atırlar».
Partiya sədri hesab edir ki, bu adamların hamısı zərərsizləşdirilməlidir. Onun fikrincə, bu şəbəkəni tamamilə sıradan çıxarmaq üçün hamısı həbs olunmalıdır:
«Vaxtiylə Heydər Əliyev əleyhinə kampaniya aparanlan indi nazir kürsüsündə oturub. Bunların hamısı faktlardır. Prezident də bir balaca hərəkət edən kimi o dəqiqə ölkə içində çaxnaşma yaradırlar. Yadınızdadırsa, devalvasiya zamanı bir sıra rayonda etirazlar təşkil elədilər və ölkədə xaos yaratdılar. Axırda da istədilər ki, əl müxalifətinin üstünə atsınlar, amma o da alınmadı. Onlar müxalifət olsaydılar, vəziyyət belə olmazdı. Hərəsi bir yerə qulluq elədikləri üçün də ölkədə heç bir problem həll olunmur.
Ölkədə də qiymət artımı davam edir, inkişaf yoxdur. Prezidentə addımbaşı yalan məlumatlar verilir, real problemlər gizlədilir. Qarşıdan da prezident seçkiləri gəlir. İstəyirlər ki, məni susdursunlar. Amma unutmasınlar ki, son nəfəsimə kimi, qardaşımı müdafiə edəcəyəm».

mia.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: da, bir, komanda, oyun, Boyuk, ve, oyunchularda, Partiya, bu, sedri, qurulub, temsil, hakim, , olunurdular
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-11-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ