SON DƏQİQƏ
XalqXeber.Az » Bölgə » “Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!

“Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!

Tarix:

23-06-2017, 09:44

/ 171 557 dəfə oxundu.
“Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!

Son günlər sosial şəbəkələrdə Göyçay_Avtonəqliyyat” ASC haqda məqalələr dərc olunur.Həmin məqalələrdə cəmiyyətin sədri Arif Əliyevin rayon rəhbərliyi tərəfindən hüquqlarının pozulduğu iddia olunur. “Göyçay-Avtonəqliyyat” ASC-nin bir qrup səhmdarı xalqxeber.az saytına müraciət edərək bu məlumatların yanlış olduğunu , əksinə Cəmiyyətin sədri Arif Əliyev tərəfindən səhmdarların hüquqlarının pozulduğunu iddia etdilər. Müraciət edənlərin sözlərindən belə məlum olur ki, cəmiyyətin sədri Arif Əliyev səhmdarları aldadaraq onların payına yiyələnmək istəyib. Lakin, onların məhkəməyə etirazından sonra, Arif Əliyev məcbur olub ki, cəmiyyətin 15% payını səhmdarlara versin.Maraqlı cəhət budur ki, cəmiyyətin sədri Arif Əliyevin səhm payı 0,32% olduğu halda o cəmiyyətin qeyri-qanuni rəhbəri seçilmişdir. Özünü “sahibkar” kimi qələmə verən bu şəxs qanunlara məhəl qoymayaraq, müəssənin 2 hektar sahəsini meyvə-tərəvəz bazarına çevirmiş orada biznes fəaliyyətini bərpa etmişdir. Acınacaqlı cəhət budur ki, həmin ərazini bazara çevirən Arif Əliyev iş adamlarını öz toruna salmışdır.Belə ki, bazar deyilən ərazidə obyekt tikdirən iş adamların hər birindən 25-30 min manat çivarında pul alınmasına baxmayaraq həmin şəxslərin obyektləri tikilib təhvil verilməmişdir. Bu isə, həmin şəxslərin narazılığına səbəb olsa da cəmiyyət sədri hər zaman öz “dayı”larından istifadə edərək həmin şəxsləri susdurmuşdur. Qeyd edək ki, Arif Əliyevin “bazarı” heç bir standartlara və santar qaydalara cavab verməyən bir obyekt olmağına baxmayaraq, onu müdafiə edən bəzi hüquq müdafiəçiləri və “saytlar” şirinlik aldıqdan sonra onu müdafiə edirlər.Bu şəxslər unutmamalıdır ki, bir şəxsi müdafiə edən zaman əvvəlcə araşdırma aparmalıdır. Hefteaz.info saytının əməkdaşları bu mövzu ətrafında ətraflı araşdırma aparmış və məlum olmuşdur ki, cəmiyyətin “sədri” Arif Əliyev Göyçay Şirvanmest deyilən ərazidə cəmiyyətə məxsus olan torpaq sahəsini gizli şəkildə Qarabaqqal bələdiyyəsi vasitəsilə Hümbət adlı qudasının adına özəlləşdirmiş və cəmiyyətin səhmdarların hüquqlarını pozmuşdur.Bundan başqa, Arif Əliyevi müdafiə edənlər iddia edir ki, guya səhmdar cəmiyyətin rayonlararası marşurut xətti Göyçay Avtovağzalı rəhbərliyi tərəfindən əlindən alınmışdır.bu adamı müdafiə edənlər iddia edir ki, həmin xətlərdə sürücü işləyən cəmiyyətin əməkdaşlarının hüquqları pozulıub.Halbuki, həmin xətlər üzrə işləyən sürücülər Arif Əliyevin 24 illik PAZ avtobuslarından bezdiklərini dilə gətirirlər. Bu Arif Əliyevə məxsus avtobuslardır.
Qeyd edək ki, Arif Əliyevi müdafiə edənlər yuxarıdakı bu fotoları gördükdən sonra kimi müdafiə etdiklərini başa düşəcəklər. Onu da əlavə edim ki, Arif Əliyevin iddiasına görə, onun sürücülərinin hüquqları pozulub. Halbuki, onun dedikləri fiaskoya uğrayıb.Çünki, onun hərəkətlərindən bezən sürücülər bu gün müasir standartlara uyğun olan avtobuslarla rayon sakinlərinə xidmət göstərirlər.

xalqxeber.az
“Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!
“Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!
“Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!
“Göyçay-avtonəqliyyat” ASC-də anarxiya!!!

Şərhlər

XƏBƏR LENTİ