SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Azərbaycanda çətinliklərin çoxu arxada qalıb” - Əli Həsənov

“Azərbaycanda çətinliklərin çoxu arxada qalıb” - Əli Həsənov

Tarix:

16-06-2017, 11:10

/ 111 365 dəfə oxundu.
“Azərbaycanda çətinliklərin çoxu arxada qalıb” - Əli Həsənov

“Dayanıqlı İnkişaf Məqsədləri Proqramının təməl prinsipləri əməkdaşlıqdan ibarətdir. Müstəqillik illərində əldə edilən nailiyyətlər göstərir ki, Azərbaycan iqtisadi potensiala malikdir. Müstəqilliyin ilk illərində ölkə çətin durumda idi, Ermənistan tərəfindən torpaqlar işğal edilmişdi, ölkə daxilində qeyri-sabitlik hökm sürürdü. Çətinliklərin çoxu arxada qalıb. Azərbaycan təhlükəsiz və sabit ictimai-siyasi mühitə malik dövlətdir”.
Bunu Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “Dayanıqlı İnkişaf Məqsədlərinin təməl prinsipləri: hüquq bərabərliyi milli prioritetlər və əməkdaşlıq” mövzusunda Ombudsmanların XIV Bakı Beynəlxalq Konfransında deyib.
Ə.Həsənov qeyd edib ki, Azərbaycanda yoxsulluq 49 faizdən 5 faizə, işsizlik 50 faizdən 5 faizə endirilib: “Ölkədə qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün 55 fərman imzalanıb. Məşğulluğun artırılması üzrə dövlət proqramları həyata keçirilir. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün 6 milyar manatdan çox vəsait sərf olunub. Ölkədə qazlaşdırma 90 faizə yaxınlaşıb. İnkişaf etmiş ölkələrdə qazlaşladırma heç 100 faiz deyil, Azərbaycan isə qarşıya 100 faizə qazlaşdırmanı məqsəd qoyub. Azərbaycanda əvvəllər magistral yollar normal deyildi, hazırda bu sahədə köklü dəyişikliklər həyata keçirilir. Ölkədə 5 min məktəb var, bunun da təxminən 3 mini təmir edilib. Ölkədə səhiyyə sahəsində işlər görülür, 5 milyon insan bu il pulsuz tibbi müayinədən keçib. Maaşlar 5 dəfə, pensiyalar 7 dəfə artıb”.
O bildirib ki, Azərbaycanda insan hüquqları sahəsində beynəlxalq standartlar gözlənilir: “3 mindən çox qeyri-hökumət təşkilatı, 5 mindən çox kütləvi informasiya vasitəsi, 55 siyasi partiya fəaliyyyət göstərir”.

Şərhlər

XƏBƏR LENTİ