SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Avropa Birliyi Azərbaycanla bağlı bəyanat verdi- İFADƏ AZADLIĞINA GÖRƏ HƏBS EDİLƏNLƏRİ AZAD EDİN!

Avropa Birliyi Azərbaycanla bağlı bəyanat verdi- İFADƏ AZADLIĞINA GÖRƏ HƏBS EDİLƏNLƏRİ AZAD EDİN!

Tarix:

5-06-2017, 15:47

/ 247 589 dəfə oxundu.
Avropa Birliyi Azərbaycanla bağlı bəyanat verdi- İFADƏ AZADLIĞINA GÖRƏ HƏBS EDİLƏNLƏRİ AZAD EDİN!

Avropa Birliyi Azərbaycandakı siyasi məhbuslarla bağlı bəyanat verib.
xalqxeber.az-ın xəbərinə görə, bəyanatda Əfqan Muxtarlı olayı və siyasi məhbus probleminə diqqət çəkilib: “Azərbaycan vətəndaşlarının, o cümlədən Gürcüstanda yaşayan hüquq müdafiəçisinin oğurlanması, qanunsuz saxlanılması və həbsi tez və şəffaf şəkildə araşdırılmalıdır.
Gürcüstanda belə bir araşdırmanın başlanılması alqışlanılır və AB prosesləri yaxından izləyəcək.
Azərbaycan tərəfi beynəlxalq öhdəliklərə uyğun olaraq, əsas hüquqlar, o cümlədən ifadə azadlığı pozularaq həbs edilənləri dərhal azad etməlidir.
Biz zəruri hüquqi prosedurların, qanuni əsaslarla digər dövlətlərin ərazisində yaşayan vətəndaşların siyasi hüquqlarının qorunmasına çağırırıq.
İnsan haqları deklarasiyasında aydın şəkildə qeyd olunub ki, heç kim qanunsuz şəkildə həbs və ekstradisiya edilə bilməz”.
Bəyanatda qeyd olunur ki, Avropa Birliyi bu kimi halları diqqətlə izləyəcək.

Şərhlər

XƏBƏR LENTİ