SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Qüdrət Həsənquliyev: “Biz sadə adamların hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”

Qüdrət Həsənquliyev: “Biz sadə adamların hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”

Tarix:

31-05-2017, 12:35

/ 58 995 dəfə oxundu.
Qüdrət Həsənquliyev: “Biz sadə adamların hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilir. Spiker Oqtay Əsədov deputatların müraciətini nəzərə alaraq, növbədənkənar sessiyanın keçiriləcəyini bildirdi. Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı.

Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Əmək Məcəlləsində edilən dəyişikliklər barədə məlumat verdi: “İşsizliyə görə vətəndaşı qabaqcadan məlumatlandırmaqla bağlı müddətlər nəzərdə tutulub. Həmçinin işdən çıxarılacaq adamlara müəyyən müavinətlər veriləcək”.

Deputat Qüdrət Həsənquliyev qanunun təqdir olunan məqamına diqqət çəkdi: “Əvvəlki qanunda əmək müqavuiləsi 5 ilədək bağlanılrdı, indi isə işə götürənlə işə qəbul olan arasında müəyyənləşir”. Amma əlavə etdi ki, əmək stajındakı fərqə görə işçinin ixtisar olunması halında ayrıseçkiliyə yol verilməsini, yaxud onlara fərqli məblığdə kompensasiya verilməsini doğru saymadı: “Əvvəlki variant daha ədalətliydi, nəinki indiki. Biz sadə adamların, işçilərin hüquqlarını qorumalıyıq, nəinki ayrı-ayrı şirkətlərin”.

H.Rəcəbli isə qanunun hazırlanmasında dünya təcrübəsindən istifadə olunduğunu söylədi: “Daha çox stajı olan adamın o müəssisədə daha çox xidməti var. Ona görə həmin şəxslərə işdən azad olunması üçün daha çox müddət verilir”.

Deputat Hacı Salayev də Qüdrət Həsənquliyvin fikirlərini müdafiə etdi və ixtisara salınacaq bütün işçilər üçün 2 aylıq müddət qoyulmasını təklif etdi. Lakin sədr dünya təcrübəsinə istinadə edib qanun layihəsini səsverməyə çıxartdı və dəyişikliklər qəbul edildi.

Şərhlər

XƏBƏR LENTİ