SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Dövlət başçıları İlham Əliyevə məktub göndərdilər

Dövlət başçıları İlham Əliyevə məktub göndərdilər

Tarix:

30-05-2017, 15:44

/ 57 281 dəfə oxundu.
Dövlət başçıları İlham Əliyevə məktub göndərdilər

Monteneqronun Prezidenti Filip Vuyanoviç Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, Milli bayramınız - 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırıram. Vətəndaşlarınızın rifahı naminə görülən işlərdə Azərbaycana davamlı tərəqqi arzulayıram.

Bu əlamətdar bayram münasibətilə qeyd etmək istərdim ki, ölkələrimiz arasında dostluğa əsaslanan güclü münasibətlər qarşılıqlı maraqları ehtiva edən əməkdaşlıq əlaqələrinin genişlənməsi ilə səciyyələnir. Əməkdaşlığımızın inkişafına verdiyiniz böyük şəxsi töhfənizə görə Sizə dərin minnətdarlığımızı bildirirəm.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".

XXX

San-Marino Respublikasının Kapitan-Regentləri Mimma Zavoli və Vanessa D`Ambrosio Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının ildönümü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi, Sizə möhkəm cansağlığı, dost Azərbaycan Respublikasının xalqına rifah, inkişaf və firavanlıq arzularımızı yetirmək istərdik.

Zati-aliləri, ən yüksək ehtiramımızı qəbul etməyinizi xahiş edirik".

Şərhlər

XƏBƏR LENTİ