yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

“Belə aqressiv münasibətin səbəbi nədir?” - Vüqar Rəhimzadə

“Belə aqressiv münasibətin səbəbi nədir?” - Vüqar Rəhimzadə
17-05-2017, 09:24 62 290 dəfə baxılıb
yüklənir...

“Rusiya-Azərbaycan münasibətləri daim dostluq, mehriban qonşuluq əlaqələri çərçivəsində inkişaf edib. Bu baxımdan belə bir qərarın qəbul edilməsi təəssüf doğurur”.
Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Rusiya Ali Məhkəməsinin Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvi ilə bağlı qərarına münasibət bildirərkən söyləyib. Qeyd edib ki, bu qərar Rusiyada bəzi dövlət qurumlarının erməni lobbisinin təsiri altında olduğunu göstərir: “Konqresin qeydiyyatının ləğv edilməsi iki dövlət arasındakı münasibətlərə böyük zərbə vura bilər. Rusiya Ali Məhkəməsi tərəfindən belə bir qərarın qəbul edilməsi erməni lobbisinə diqqətin göstəricisidir və qərarın erməni lobbisinin təsiri altında verildiyini nümayiş etdirir. Rusiyada yüz minlərlə azərbaycanlı yaşayır, onlar bu ölkədə seçmək və seçilmək hüququna malikdirlər və bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Bu qərarın qəbulu onların fəaliyyətinə də kölgə sala bilər. Hesab edirəm ki, bununla bağlı aidiyyəti dövlət qurumları, Rusiyanın rəhbər şəxsləri öz mövqelərini qətiləşdirməli, növbəti məhkəmə proseslərində bu cür qərarın qəbul edilməsinin qarşısını almalıdırlar. Bu, həm də Rusiyada yaşayan azərbaycanlıların kifayət qədər mənfi reaksiyasına səbəb olacaq qərardır. Rusiyada yüzlərlə bu cür qeyri-hökumət təşkilatlarının olduğu halda, Azərbaycana qarşı belə aqressiv münasibətin səbəbi nədir?
Şübhəsiz ki, bu məsələnin arxasında Azərbaycanı istəməyən qüvvələr dayanır. Təəssüf ki, Rusiyanın bəzi dövlət qurumları antiazərbaycan mövqeyində və erməni lobbisinin təsiri altındadır”.
V.Rəhimzadə hesab edir ki, belə bir qərarın qəbul edilməsi ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın vasitəçilik mandatına kölgə salır: “Bu, çox ciddi məsələdir. Rusiyanın dövlət başçısı səviyyəsində məsələyə ciddi yanaşılacağına şübhəm yoxdur. Bəli, ortada məhkəmə qərarı var, lakin növbəti instansiyalarda bu qərarın ləğv edilməsi mümkündür. Azərbaycanın aidiyyəti qurumları bu məsələ ətrafında araşdırma aparmalıdırlar”.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: munasibetin, aqressiv, Bele, nedir, Vuqar, Rehimzade, sebebi,
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

17-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ