SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşdü

Prezident McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşdü

Tarix:

16-01-2017, 22:07

/ 1 471 dəfə oxundu.
Prezident McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı ilə görüşdü

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 16-da Davosda McKinsey şirkətinin qlobal idarəedici tərəfdaşı Dominik Barton ilə görüşüb.

xalqxeber.az xəbər verir ki, Dominik Barton Bakıya səfərini məmnunluqla xatırladı, Azərbaycanda gördüyü inkişaf proseslərini, iqtisadi sahədə aparılan islahatları yüksək qiymətləndirib.

Söhbət zamanı McKinsey şirkətinin bu yaxınlarda Bakıda ofisinin fəaliyyətə başladığı və artıq bu şirkətin 20-yə yaxın layihədə, o cümlədən Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsinin hazırlanmasında iştirak etdiyi vurğulanıb.

Görüşdə Azərbaycan ilə McKinsey şirkəti arasında əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə olundu, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər

XƏBƏR LENTİ