SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Diasporamız Rusiyada nədən məğlub olur? - Nazim İbrahimovun nəzərinə...

Diasporamız Rusiyada nədən məğlub olur? - Nazim İbrahimovun nəzərinə...

Tarix:

10-05-2017, 11:53

/ 36 913 dəfə oxundu.
Diasporamız Rusiyada nədən məğlub olur? - Nazim İbrahimovun nəzərinə...

Sumqayıt şəhərində dünyaya gəlmiş, hazırda Rusiyada yaşayan, korporativ PR və kütləvi kommunikasiyalar üzrə mütəxəssis Denis Korkodinov Rusiyada yaşayan həmvətənlərimizin seçkilərdə iştirakının zəif olması, ermənipərəst qüvvələrə uduzması problemini qaldırıb. Qeyd edək ki, Korkodinov özü yaşadığı Ulyanovsk şəhərində ermənipərəst Vladimir Titkov tərəfindən üç dəfə məhkəməyə verilib və hər dəfə məhkəmə çəkişməsində qalib gəlib.

Onun redaksiyamıza təqdim elədiyi yazıda Rusiyadakı Azərbaycan diasporunun siyasi fəallığının artırılması məsələsinin mühümlüyü qeyd edilib:

2017-ci il sentyabrın 10-da Rusiyada dövlətin regional qanunverici orqanlarına deputat seçkisi də daxil olmaqla, növbəti seçki dövrü başa çatacaq.

Şimali Osetiya respublikası – Alaniya parlamentinə, Udmurtiya respublikasının Dövlət Şurasına, Krasnodar diyarının qanunvericilik şurasına, Saratov və Saxalin vilayət dumalarına seçki kampaniyaları keçiriləcək.

Boş olan deputat kürsülərinə indiyə qədər Azərbaycan təşkilatlarının öz namizədləri irəli sürülməyib, diaspora nümayəndələrindən müstəqil namizədlərə isə heç bir dəstək göstərilmir. İşlərin bu vəziyyətdə olması sıravi vətəndaş icmaları arasında haqlı narahatlıq doğurur, çünki Azərbaycanın Rusiya parlamentində nümayəndəsinin olmaması, Rusiya rəhbərliyinin azərbaycanlıların problemlərinə münasibətinin yaxşı tərəfə doğru dəyişə biləcəyinə olan ümidləri boşa çıxarır.

Azərbaycan diasporası nümayəndələrinin əksəriyyəti parlament seçkiləri sistemində iştirakdan kənarda durmağa çalışır, lakin eyni zamanda, Rusiya hakimiyyətinin onların vətəndaş maraqlarını təmin edəcəyinə ümid bəsləməkdə davam edir. Rusiya vətəndaşı olan azərbaycanlıların siyasi fəallığı bir qayda olaraq, şərti xarakter daşıyır. Seçki sistemi çərçivəsində bir çox azərbaycanlılar mətbəx patriotizminin məhdud çərçivəsindən kənara çıxmırlar, Azərbaycanın problemlərini siyasi səviyyədə müstəqil şəkildə həll eləməyə çalışanları isə, ümumiyyətlə dəstəkləməməyi üstün tuturlar. Halbuki, Rusiyanın parlament seçkiləri keçirilən altı subyektində deputat mandatları Azərbaycan Respublikasının rəqiblərinə qismət ola bilər. Halbuki Azərbaycan diasporunun fəallaşacağı təqdirdə seçiləcək azərbaycanlı deputatlar Rusiya Federasiyası ərazisində Azərbaycan lobbisinin formalaşmasının ciddi əsasına çevrilə bilər.

Bu gün Rusiyada yaşayan azərbaycanlıların siyasi həyatda iştirakı prinsipcə, yox dərəcəsindədir. Azərbaycan diasporunun siyasi fəallığı onun rəqibərinə seçkiqabağı kampaniya dövründə sistemli qələbə qazandırmağa imkan yaradacaq səviyyədədir.

Ermənipərəst lobbi hələ ki, Rusiyadakı seçkilərdə iştirak eləmək niyyətində olduğunu bildirməyib, lakin azərbaycanlı icmasının müəyyən dərəcədə ətalətdəolduğunu nəzərə alsaq, təəssüf ki, rəqib tərəfin deputat mandatlarının mühüm bir hissəsini ala biləcəyi şübhə doğurmur. Bu isə, öz növbəsində Rusiyada Azərbaycanın maraqlarının müdafiə edilməsi üçün ciddi əngəl deməkdir.

Qeyd eləmək lazımdır ki, qarşıdakı seçkilərdə azərbaycanlılar tərəfindən dəstək göstəriməsinin mühüm rolu ola bilər. Bu dəstək, diaspor təşkilatlarının azərbaycanlı namizədlərə və milli maraqlara münasibətdəki mövqeyinin ifadəsi ola bilər. Onlar seçkidəki fəallıqları vasitəsilə Rusiyanın rəsmən Azərbaycan Respublikasının müdafiəsinə durmasına və nəhayət ki, Dağlıq Qarabağ münaqişəsini bütün Azərbaycan xalqının xeyrinə həll edə bilər. Lakin azərbaycanlıların əksəriyyətinin Rusiyadakı siyasi proseslərə qoşulmaq arzusunda olmaması nəticəsində bun gün – ermənilərin və digər antiazərbaycan “ünsürlərin” Rusiyadakı üstünlüyü mənzərəsi ilə qarşılaşırıq.

Bununla belə, ətalətli çoxluq ilə yanaşı, istisna olan azərbaycanlılar da var. Onlar öz şəxsi nümunələri ilə Rusiyadakı seçki prosesində iştirakın zəruri olmasını təsdiqləyirlər – bu yolla Azərbaycanı “uzaqdan” müdafiə eləməyə, xaricdə yaşayan həmvətənlərinin maraqlarına xidmət eləməyə çalışırlar.

Udmurtiya Respublikasının bələdiyyə qanunvericiliyi şurasının deputatı Elgiz Hacıyev internet şəbəkəsinin rusdilli seqmentində çıxış edərkən qeyd edir ki, diaspora təşkilatları öz namizədlərini irəli sürməsələr, onların yerlərini hökmən opponentləri tutacaq və Rusiyada əvvəllər olduğu kimi, indən belə də Azərbaycanın maraqlarına etinasızlıqla yanaşılması üçün bacardıqları hər şeyi edəcəklər.

Diqqətəlayiq faktdır ki, Elgiz Hacıyüv Udmurtiyanın parlamentçilik tarixində ilk və hələlik yeganə azərbaycanlı deputatdır. Lakin Azərbaycan diasporu təşkilatları ona kömək eləmək əvəzinə, gələcək seçki uğurları qazanması yolunda ona müəyyən əngəllər yaradırlar. Bu isə deputatın Udmurtiya Respublikasının Dövlət Şurasına seçkilərdə iştirakını praktiki olaraq mümkünsüz edir.

Azərbaycanlılar öz həmvətənlərinə heç bir kömək göstərmirlər. Etnik azərbaycanlı olan deputatların Rusiya parlamentinə çıxmasına yerlərdə etinasız yanaşıldıqığı halda, Rusiyadakı azərbaycanlı diasporanın səsinin eşidilməsinə ümid bəsləmək olarmı?! Üstəlik, öz həmvətənləri tərəfindən laqeydliklə qarşılandıqda?

Sonda qeyd edək ki, öz deputatlarını irəli çəkmək, Rusiya hökumətinin qanunverici və icra orqanlarında öz nümayəndələri ilə təmsil edilmək Azərbaycan üçün böyük bir irəliləyiş olardı.

hürriyyet.org
Diasporamız Rusiyada nədən məğlub olur? - Nazim İbrahimovun nəzərinə...
Diasporamız Rusiyada nədən məğlub olur? - Nazim İbrahimovun nəzərinə...

Şərhlər

XƏBƏR LENTİ