SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Hakimiyyət xarici güclər üçün Bakını hansı platformaya çevirir?

Hakimiyyət xarici güclər üçün Bakını hansı platformaya çevirir?

Tarix:

10-05-2017, 09:42

/ 38 431 dəfə oxundu.
Hakimiyyət xarici güclər üçün Bakını hansı platformaya çevirir?

Bakıda keçirilən IV Ümumidünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini başa çatdırıb
Bu Forumun Bakıda keçirilməsi Azərbaycanın dünya ölkələri arasında mədəniyyətlərarası dialoqun inkişafına böyük dəstək verdiyini nümayiş etdirdi.
Artıq 4-cü dəfədir ki, bu tədbir “Bakı prosesi” təşəbbüsü çərçivəsində təşkil olunur.
“Bakı prosesi” dünyanı narahat edən qlobal məsələlərin müzakirə olunduğu bir platformaya çevrilib.
Burada dünyanın bir çox ölkələrindən məşhur siyasətçilər, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, nüfuzlu ictimai-siyasi xadimlər bir araya gəlir və dünyanı narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparır, yaranmış problemlərin həlli yollarını axtarırlar.
Bu onu göstərir ki dünyanı narahat edən problemlərin dinc yolla, danışıqlar yolu ilə, müzakirələ həlli yollarını tapmaq mümkündür.
Dünyada buna inanan qüvvələr daha çoxdur. Azərbaycanın bir dövlət kimi bu proseslərin fəal iştirakısı, təşkilatçısı kimi beynəlxalq aləmdə nüfuzu getdikcə dahada artır.
Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlər və sivilizasiyalar arasında dialoqu təşviq edən “Bakı prosesi”nə və Dünya Mədəniyyətlərarası Dialoq Forumuna böyük önəm verir.
“Bakı prosesi” artıq diplomatik termin kimi qəbul olunur, bu proses insanlar arasında anlaşmanı, dialoq və mədəniyyətlərə qarşılıqlı hörməti təşviq edir. Məqsəd daha sağlam, təhlükəsiz bir cəmiyyətin qurulmasıdır.
Azərbaycan tolerantlığı və dini dözümlülüyü ilə fəxr edir. Bütün xalqların, dinlərin nümayəndələri Azərbaycanda dinc şəraitdə yaşayır. Siyasətçilər, alimlər, mədəniyyət xadimləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirak etdiyi dünya siyasi və intellektual elitasının real meydançasıdır.
Bu gün dünyada mühüm məsələləri müzakirə etmək üçün İslam, yəhudilik və xristian dinlərinin nümayəndələrinin görüşdüyü belə qlobal platforma praktiki olaraq yoxdur.
"Azərbaycan Prezidenti İlham Əliyevin forumdakı çıxışı konkret və aydın idi: mədəniyyətlərarası dialoq olmadan bütün dünya təhlükə ilə üzləşəcək.
IV Ümumdünya Dialoq Forumu bütün dünyada insanlara, ölkələrə və təşkilatlara müxtəlifliyə, dialoqa və xalqlar arasında qarşılıqlı anlaşmaya dəstək üzrə konkret tədbirlər görməyə imkan və stimul verir.
Multikulturalizm Azərbaycanda həyat tərzidir. Azərbaycanın Ermənistanla ağır və və qanlı ərazi münaqişəsinə, bir milyondan çox qaçqın və məcburi köçkün probleminı baxmayaraq, bu gün Cənubi Qafqazda lider ölkədir.
Forumda Bolqarıstanın vitse-prezidenti, YUNESKO, İSESKO, İslam Əməkdaşlıq Təşkilatı, QDİƏT, İRSİKA, Ərəb Maqreb Birliyi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və TÜRKSOY-un baş katibləri iştirak ediblər.
Malinin Prezidenti və birinci xanımı, Efiopiya və Ruandanın birinci xanımları, Türkiyə, Rusiya, Gürcüstan, Qətər, Makedoniya, Misir, Efiopiya, İraq, Cənubi Sudan, Sudan, Mavritaniya, Monteneqro, Seyşel Adaları, Tacikistan və Keniyanın mədəniyyət nazirləri iştirak ediblər.

Şərhlər

XƏBƏR LENTİ