SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Putin İlham Əliyevi təbrik etdi

Putin İlham Əliyevi təbrik etdi

Tarix:

8-05-2017, 17:45

/ 64 479 dəfə oxundu.
Putin İlham Əliyevi təbrik etdi

Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qələbənin 72-ci ildönümü ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Təbrik məktubunda deyilir ki, Qələbə günü vətənin və bütün bəşəriyyətin faşizmdən qorunması naminə cəbhədə çiyin-çiyinə döyüşmüş ata və babalarımızın misilsiz qəhrəmanlığının simvoludur.
V. Putin bildirib ki, bu xilaskar döyüşçülərə ən böyük hörmət tarixin saxtalaşdırılmasına, faşizm və nasizm ideyasına haqq qazandırılmasına qarşı birgə mübarizə sayəsində mümkündür.
O bütün müharibə veteranları və cəbhədə xidmət göstərənlər qarşısında baş əydiyini bildirib və onlara uzun ömür, can sağlığı arzu edib.

Şərhlər

XƏBƏR LENTİ