SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Türkiyə səfiri: Azərbaycanlıların tanklara qarşı verdikləri mücadilə əsla unudulmayacaq

Türkiyə səfiri: Azərbaycanlıların tanklara qarşı verdikləri mücadilə əsla unudulmayacaq

Tarix:

19-01-2017, 20:43

/ 1 451 dəfə oxundu.
Türkiyə səfiri: Azərbaycanlıların tanklara qarşı verdikləri mücadilə əsla unudulmayacaq

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral 20 Yanvar hadisələrinin 27-ci ildönümü ilə əlaqədar açıqlama yayıb.

Səfirlikdən verilən açıqlamada deyilir:

“Azərbaycanın müstəqilliyi və istiqlalı yolunda aparılan mübarizənin önəmli dönüş nöqtələrindən olan 20 Yanvar 1990-cı il qətliamı və azərbaycanlı qardaşlarımızın tanklara qarşı bədənlərini sipər edərək inanc dolu bir ruhla verdikləri mücadilə əsla unudulmayacaq. Bu gün bölgəmizdə sabitlik və rifahın önəmli bir qalası halına gələn can Azərbaycanın istiqlalı uğrunda bundan 27 il öncə həyatlarını qurban verən şəhidlərimizi rəhmətlə anır, hər zaman olduğu kimi, Azərbaycanla tam həmrəylik hissiyyatımızı vurğulamaq istəyirik”.

Şərhlər

XƏBƏR LENTİ