SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » "Şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz” - Novruz Məmmədov

"Şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz” - Novruz Məmmədov

Tarix:

20-04-2017, 14:15

/ 58 679 dəfə oxundu.
"Şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz” - Novruz Məmmədov

Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özü haqqında yalan məlumatlar yayan amerikalı siyasətçidən üzr istəməsini tələb edib.

Bu barədə N.Məmmədov “Twitter” səhifəsində yazıb.

O, “Trampa qarşı demokratik koalisiya”nın direktorlarından biri Skott Dvorkinə müraciət edib:

“Mən bir müddət gözlədim və fikirləşdim ki, vicdanınız sizə yalan və böhtan yaydığınızı və ən azından üzr istəmək lazım olduğunu deyəcək. Amma görürəm ki, yalan yaymaq sizin gündəlik işinizdir. Sizin yaydığınız məlumat haqqında təklifim budur. Əgər siz mənim ABŞ-da iki kondominiuma sahib olduğumu sübut edə bilsəniz, mən onlardan birini sizə hədiyyə edəcəyəm. Əks təqdirdə, əgər sizin şərəf və ləyaqətiniz varsa, üzr istəməlisiniz”.

Şərhlər

XƏBƏR LENTİ