yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
loading...

Zakir Həsənov türkiyəli donanma admiralı ilə görüşdü

Zakir Həsənov türkiyəli donanma admiralı ilə görüşdü
12-04-2017, 17:27 128 927 dəfə baxılıb
yüklənir...

Aprelin 12-də Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Hərbi Dəniz Qüvvələri komandanı donanma admiralı Bülənt Bostanoğlu ilə görüşüb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, admiral B.Bostanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə güllər düzülüb.
Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl”in və 1918-ci ildə şəhid olmuş türk əsgərlərinin şərəfinə ucaldılmış abidənin önünə əklil qoyublar.
Sonra Müdafiə Nazirliyində nümayəndə heyətlərinin iştirakı ilə keçirilən görüşdə müdafiə naziri, general-polkovnik Z.Həsənov qonaqları salamlayaraq Azərbaycan ilə Türkiyə arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Nazir bu əlaqələrin daim inkişaf etdiyini və hər iki tərəf üçün qarşılıqlı faydalı olduğunu vurğulayıb.
Görüşdə Azərbaycan ilə Türkiyə arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində münasibətlərin genişləndirilməsi imkanları və perspektiv istiqamətləri müzakirə olunub. Tərəflər döyüş hazırlığı, birgə təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə ekspert qrupları və hərbi mütəxəssislərin qarşılıqlı səfərləri, eləcə də Hərbi Dəniz Qüvvələri arasında əlaqələrin inkişafının vacibliyini xüsusi qeyd ediblər.
Ölkəmizə səfərdən məmnunluğunu bildirən qonaq Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin, qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıb.

Teqlər: Azərbaycan, hərbi, Türkiyə, arasında, əlaqələrin, qarşılıqlı, ehtiramla, Müdafiə, xatirəsini, əklil, nümayəndə, Dəniz, vurğulayıb, Qüvvələri, polkovnik, önünə, general, naziri, Respublikasının, Hərbi
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

25-04-2017

BÜTÜN XƏBƏRLƏR
yüklənir...
GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ