SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Deputatlar Prezidentin göndərdiyi layihəni müzakirə edir

Deputatlar Prezidentin göndərdiyi layihəni müzakirə edir

Tarix:

12-04-2017, 14:27

/ 61 105 dəfə oxundu.
Deputatlar Prezidentin göndərdiyi layihəni müzakirə edir

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
Məlumata görə, iclasda “Dərman vasitələri haqqında” qanuna təklif edilən əlavə məsələlər müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan ediləcək.
“Reklam haqqında” qanuna təklif edilən əlavəyə əsasən, bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir.
İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək cərimə ediləcək.
Bundan başqa, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə vəzifəli şəxslər əlli manatdan yüz manatadək məbləğdə, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək cərimə ediləcək.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, dəyişiklik layihəsi Prezidentin imzası ilə Milli Məclisə daxil olub.

Şərhlər

XƏBƏR LENTİ