yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Arif Rəhimzadə ilə həmkarı arasında - Qalmaqal

Arif Rəhimzadə ilə həmkarı arasında - Qalmaqal
11-04-2017, 15:23 58 677 dəfə baxılıb
yüklənir...

Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.

İclasda Azərbaycanda bələdiyyələrin yaşayış və qeyri-yaşayış sahələri ilə bağlı məlumatları dövlət reyestrindən ödənişsiz əldə edə bilmələri ilə bağlı məsələ müzakirə edilib.

Toplantıda komitə sədri Arif Rəhimzadə ilə deputat Fəzail İbrahimli arasında mübahisə düşüb.

F. İbrahimlinin replikası komitə sədrinin iradına səbəb olub, nəticədə mübahisə yaranıb.

F. İbrahimli əvvəlcə A. Rəhimzadənin müzakirə olunan məsələni tələsik təqdim etdiyini deyib: “Biz bura niyə yığışmışıq? Hər şey belə hazır gəlib və qəbul olunursa, o zaman bizim burda nəsə deməyimizin heç bir mənası yoxdur. Biz deputatların dediyi onsuz da nəyi dəyişəcək ki? Kimdir bizim sözümüzə baxan?”.

Onunla razılaşmayan A. Rəhimzadə deputata irad tutub. “Biz bura “ştamp vurmağa” yığışmamışıq. Fikirlərimiz lazımdır və onun üçün yığışmışıq”.

Komitə sədrinin sözünü kəsən F. İbrahimli yenidən hazırkı vəziyyətdə onların çıxışının əhəmiyyətsiz olduğunu bildirib: “Onsuz da siz nə deyirsiniz, biz də “baş üstdə” deyirik”.

Komitə sədri deputatın replikasına narazılığını bildirərək, sözünü kəsib.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: İbrahimli, komitə, sözünü, müzakirə, sədri, Komitə, sədrinin, mübahisə, bağlı, bizim, Rəhimzadə, yaşayış, razılaşmayan, Onunla, baxan, deputata, sözümüzə, tutub, vurmağa”, bildirərək
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ