yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

Milli Məclisdə QALMAQAL- Asim Mollazadə və İsa Həbibbəylinin mübahisəsi

Milli Məclisdə QALMAQAL- Asim Mollazadə və İsa Həbibbəylinin mübahisəsi
6-04-2017, 13:21 110 674 dəfə baxılıb
yüklənir...

Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı deputat Şəmsəddin Hacıyevin deputat Asim Mollazadə və komitə sədri İsa Həbibbəyli ilə mübahisəsi düşüb.
Mübahisəyə səbəb xarici sərməyadarlara ölkədə məktəbəqədər təhsil müəssisələrinin tikilməsi üçün təsisçilik hüququnun verilməsi olub. Ş.Hacıyev çıxışında bildirib ki, yeni hazırlanan qanun layihəsi ilə bundan əvvəl qəbul olunmuş ”Təhsil haqqında” qanun layihəsi arasında ziddiyətlər var: “Ziddiyətlər bir neçə hissədən ibarətdir. Amma mən bunlardan birinin üzərində dayanacam. Məsələn, xarici sərməyadarlara ölkədə məktəbəqədər təhsil müəssisəsinin tikilməsi üçün təsisçilik hüququnun verilməsini bu layihədə qeyd etmək lazımdır”.
Deputatın sözünü yarımçıq kəsməyə cəhd edən komitə sədri İ.Həbibbəylidən sərt reaksiya verərək mübahisə açmamağı, çıxışına imkan verməyi tələb edib.
Ş.Hacıyev davam edərək bildirib ki, bir var tədris, bir var təsisçilik: “Bunlar fərqli anlayışdır. Biz onlara təsisçilik hüququnu verməliyik. Necə ki, “Təhsil haqqında” qanunda bu var. Əgər biz təhsilin inkişafını istəyiriksə, niyə buna şərait yaratmırıq?”. Bu zaman deputat Asim Mollazadə Ş.Hacıyevə irad tutaraq bildirib ki, həmin sərməyadarlar belə olan halda ölkədə iz prinsiplərini yayacaqlar.
Deputatın ona reaksiyası sərt olub: ”A kişi, məscid tikmirlər ki, gəlib burada vəhhabiliyi yaysınlar! Bu, məktəbəqədər təhsil müəssisəsidir”.
Sonda İ.Həbibbəyli bildirib ki, bu məsələdə xarici sərməyadarlar dövlət üçün əhəmiyyətli deyil: “Burada uşaqlarımızın gələcəyindən söhbət gedir. Hesab edirəm həm təhlükəsizlik, həm də yad ideologiya baxımından buna diqqət etməliyik”.

ölke.az


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: təhsil, təsisçilik, bildirib, xarici, məktəbəqədər, ölkədə, deputat, qanun, haqqında”, sərməyadarlar, Həbibbəyli, sədri, layihəsi, sərməyadarlara, tikilməsi, hüququnun, Hacıyev, komitə, Deputatın, Mollazadə
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

20-10-2017

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ