SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ollanddan İlham Əliyevə məktub

Ollanddan İlham Əliyevə məktub

Tarix:

5-04-2017, 14:47

/ 80 189 dəfə oxundu.
Ollanddan İlham Əliyevə məktub

Fransa prezidenti Fransua Olland Azərbaycan prezidenti İlham Əliyevə Fransa və Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə bağlı məktub göndərib.

xalqxeber.az xəbər verir ki, Olland bu 25 il ərzində iki ölkə arasında dayanmadan inkişaf edən və şaxələnən əlaqə qurulduğunu qeyd edib: “2014-cü ilin mayında və 2015-ci ilin aprelində Azərbaycana etdiyim səfərlərimdə də bunu təsdiq etmək imkanım oldu.
Bizim siyasi dialoqlarımızın sıxlığı, ticari və iqtisadi mübadilələrimizin zənginliyi, eləcə də Fransa-Azərbaycan Universitetinin timsalında mədəniyyət və universitet sahəsində həyata keçirilən nailiyyətlərimiz əlaqələrimizin bütün sahələrdə dinamikliyini və potensialını sübut edir.
Arzu edirəm ki, ölkələrimiz bundan sonra da bu yolla irəliləsin və həqiqi əməkdaşlıq qurmaq üçün əlaqələrini daha da gücləndirsinlər.
Əmin ola bilərsiniz ki, Dağlıq Qarabağ münaqişəsinin bütünlükdə regionun xeyrinə olacaq danışıqlar yolu ilə və davamlı həlli üçün Fransa Minsk qrupunun həmsədrliyində fəal surətdə çalışacaq və öhdəliyini davam etdirəcək”.

Şərhlər

XƏBƏR LENTİ