yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

Lavrov: “Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb”

Lavrov: “Bakı və İrəvan mövqelərini yaxınlaşdırıb”
4-04-2017, 11:39 36 492 dəfə baxılıb

"Həmsədrlərin vasitəçiliyi ilə rəsmi Bakı və İrəvan Qarabağ probleminin həlli istiqamətində mövqelərini əhəmiyyətli dərəcədə yaxınlaşdırıb"
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
“Regiona sülhün qayıtmasında, orada insanların ölümünün sona çatmnasında, sərhədlərin açılmasında, iqtisadi əlaqələrin bərpasında səmimi olaraq maraqlıyıq. Bunün üçün əlimzidən gələn hər şeyi edirik. Həm fərdi, həm də ATƏT-in minsk qruounun həmsədr ölkələri - Fransa və ABŞ-la birgə həmsdrlik missiyamızı yerinə yetiririk. Həmsədrlərin vasitəçiliyi ilə tərəflər arasında bir sıra mübahisəli məsələlər üzrə mövqeləri yaxınlaşdırmaq mümkün olub. Münaqişənin həlli üzrə baza prinsipləri artıq razılaşdırılıb”, - deyə Lavrovun “Bakinski Raboçi” qəzetində nəşr olunan məqaləsində qeyd edilib.
Eyni zamanda Lavrov vurğulayıb ki, Azərbaycan və Ermənistan göstərilən baza prinsiplərinin həyata keçirilməsi ardıcıllığını fərqli formada görür.
“Bununla əlaqədar əsas məsələ tərəflərə balanslı həll yolunu tapmaqda yardım etməkdir. Hesab edirik ki, Bakı və İrəvan siysi iradə, komromisə getməyə hazır olmalarını nümayiş etdirə biləcəklər. Bu, danışıqlar prosesində nəticənin olması üçün lazımdır”, - deyə rusiyalı nazir bildirib.
Onun sözlərinə görə, irəliləyiş üçün ən əsas şərt münaqişə zonasında gərginliyin azaldılması və onun həlli üçün güc yolundan istifadə etmək cəhdindən imtinadır: "Öz növbəsində Rusiya münaqişəyə cəlb olunan bütün tərəflərə sərf edəcək problemin həlli varinatını dəstəkləməyə, razılıq əldə olunacağı təqdirdə isə digər həmsədr ölkələri ilə birgə nizamlanmanın qarantı kimi çıxış etməyə hazırdır”.(azvision.az)


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: həlli, tərəflərə, olunan, Lavrov, birgə, edirik, həmsədr, ölkələri, Həmsədrlərin, bildirib, İrəvan, vasitəçiliyi, olmalarını, nümayiş, hazır, getməyə, komromisə, etdirə, keçirilməsi, prosesində
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-07-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ