SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

Tarix:

23-08-2019, 23:07

/ 906 dəfə oxundu.
Putin İlham Əliyevi Qələbə paradına dəvət etdi

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevi Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi şərəfinə 9 may 2020-ci ildə keçiriləcək parada dəvət edib.

"Sputnik Azərbaycan"a istinadən bildiririk ki, məlumatı Rusiya Prezidentinin administrasiyasında tədbirin hazırlıq işləri ilə tanış olan mənbə verib.

Agentliyin həmsöhbəti qeyd edib ki, parada MDB ölkələrinin bütün liderləri dəvət olunur.

Daha əvvəl bildirildi ki, Rusiya Prezidenti Vladimir Putin Fransa, Çin, ABŞ, Şimali Koreya, Hindistan və Pakistan liderlərini də Qələbənin 75 illiyinə dəvət edib.

Şərhlər

XƏBƏR LENTİ