XalqXəbər.Az

"Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir" - İlham Əliyev

yüklənir...
10-07-2019, 15:41
yüklənir...

"Azərbaycanın iqtisadi inkişafı sürətlə gedir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Fransa Sahibkarlar Təşkilatına – MEDEF-ə üzv olan şirkətlərin nümayəndələrini qəbul edərkən deyib.

"Hazırda biz, əsasən, iqtisadiyyatımızın şaxələndirilməsi üzərində işləyirik. Çünki bu, əsas prioritetdir. Bu gün neft-qaz sektorundan asılılığın azaldılması bizim əsas vəzifəmizdir. Biz iqtisadiyyatımızın şaxələndirilməsi üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, asan deyil, lakin düşünürəm ki, biz yaxşı irəliləyişə nail olmuşuq", - dövlət başçısı qeyd edib.

Prezident İlham Əliyev bu ilin iqtisadi göstəricilərinə nəzər salaraq bildirib ki, qeyri-enerji sektoru 3 faizdən çox artıb və kənd təsərrüfatında bu il rekord həcmdə, təxminən, 13 faiz artım olub. Qeyri-enerji sənayesində isə artım, təxminən, 15 faiz təşkil edir.

“Bu, onu göstərir ki, şaxələndirmə yaxşı nəticələr verir”, - deyən dövlət başçısı əmin olduğunu bildirib ki, yerli və xarici şirkətlərin fəal iştirakı ilə Azərbaycan öz məqsədlərinə çatacaq.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.