SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Tarix:

9-07-2019, 11:43

/ 2 174 dəfə oxundu.
Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Bu gün Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladıb.

İlk olaraq Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı sayın Kemal Kılıçdaroğlu ilə Bəyaz Hərəkat başqanı Hürrü Əliyev arasında 40 dəqiqəlik geniş müzakirələrin aparıldığı görüş keçirildi. Görüş əsnasında daxili və xarici siyasət, Dağlıq Qarabağ mövzülarını öndə tutan Hürrü bəy, Türkiyənin açıq şəkildə iradəsini göstərməsinin mütləq olduğunu bildirdi. Səmimi keçən görüşdə Kemal Kılıçdaroğlu Bəyaz Hərəkat və CHP əlaqələrinin daha da yaxınlaşacağını, iki partiya arasında bütün sahələrdə siyasi-mədəni əlaqələrin genişləndiriləcəyini qeyd etdi.
Görüşün sonunda Hürrü Əliyev Kemal bəyə Əbülfəz Elçibəyin əsərlərinin cəmləndiyi “İstiqlal, Hürriyyət, Bütövlük Strategiyası” kitabını hədiyyə etdi. Kılıçdaroğlu isə öznövbəsində Atatürk adına Türkiyə Cümhuriyyətinin 100 illiyi ilə bağlı xüsusi hazırlanmış hədiyyəni Hürrü Bəyə təqdim etdi.
Azərbaycanın milli problemlərinin həll olunmasında “Varlığımızla Sizinləyik” deyən CHP nümayəndələrinə xüsusi minnətdarlığını bildirən Hürrü bəy görüşdən yüksək razılığını bildirdi.
Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR
Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR
Bəyaz Hərəkat başqanı Hürrü Əliyev Türkiyədə önəmli siyasi görüşlərə başladı- FOTOLAR

Şərhlər

XƏBƏR LENTİ