SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycanla Rusiya Baş Prokurorluqları arasında saziş imzalandı

Azərbaycanla Rusiya Baş Prokurorluqları arasında saziş imzalandı

Tarix:

24-06-2019, 16:44

/ 717 dəfə oxundu.
Azərbaycanla Rusiya Baş Prokurorluqları arasında saziş imzalandı

Baş prokuror Zakir Qaralov Rusiyalı həmkarı Yuri Çaykanın dəvətilə iyunun 24-də rəhbərlik etdiyi nümayəndə heyəti ilə Rusiyanın paytaxtı Moskva şəhərinə rəsmi səfər edib.

xalqxeber.az-a daxil olan məlumata görə, səfər çərçivəsində Rusiyanın Baş prokuroru Yuri Çayka ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində bu əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi xüsusilə qeyd olunub.

Dövlətlərimiz və xalqlarımız arasında zəngin tarixə malik və ildən-ilə daha da dərinləşən münasibətlərin, o cümlədən hüquqi sahədə əlaqələrin getdikcə inkişaf etdiyini qeyd edən Baş prokuror Z.Qaralov Azərbaycan Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasi iradəsindən qaynaqlanan və rəhbərliyi ilə ardıcıl olaraq bütün sahələrdə olduğu kimi sosial-iqtisadi sahədə və məhkəmə-hüquq sistemində aparılan islahatlar, o cümlədən səmərəli dövlət idarəetməsi, əhalinin həyat səviyyəsinin və sosial rifahının yüksəldilməsi üzrə tədbirlər və əldə olunmuş nailiyyətlərdən geniş danışıb.

Baş prokuror ötən illər ərzində prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, gənc hüquqşünaslardan ibarət kadr korpusunun formalaşdırılması istiqamətində aparılan mütərəqqi işlər, korrupsiya ilə mübarizə sahəsində həyata keçirilən tədbirlər, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi üçün digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqələr barədə həmkarına məlumat verib.

Görüş zamanı Azərbaycan və Rusiya Baş prokurorluqları arasında tərəf dövlətlərin qanunvericilikləri və tətbiq edilən beynəlxalq müqavilələr rəhbər tutularaq “Əməkdaşlıq haqqında” Saziş imzalanıb.
Azərbaycanla Rusiya Baş Prokurorluqları arasında saziş imzalandı
Azərbaycanla Rusiya Baş Prokurorluqları arasında saziş imzalandı

Şərhlər

XƏBƏR LENTİ