SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » “Onlar dövlət çevrilişinə cəhdlərin qarşısını alıb” - Açıqlama

“Onlar dövlət çevrilişinə cəhdlərin qarşısını alıb” - Açıqlama

Tarix:

24-06-2019, 09:52

/ 904 dəfə oxundu.
“Onlar dövlət çevrilişinə cəhdlərin qarşısını alıb” - Açıqlama

“Həm Ramil Usubovun, həm də Vilayət Eyvazovun Azərbaycan dövləti qarşısında danılmaz xidmətləri var. Hər ikisi bu yüksək etimada layiqdir”.
Bu sözləri Gununsesi.org-a açıqlamasında YAP-çı millət vəkili Siyavuş Novruzov prezidentin Ramil Usubov və Vilayət Eyvazovla bağlı son qərarlarını şərh edərkən deyib.

Siyavuş Novruzov bildirib ki, hər iki şəxsə böyük etimad göstərilib: “Bu günə qədər də bu belə idi. Həm Ramil müəllim, həm də Vilayət müəllim dövlət çevrlişlərinə cəhdlərin qarşısını alıb. Onların bu dövlət, bu xalq qarşısında xidmətləri böyükdür. Mən hər ikisini təbrik edirəm”.

Əli Nağıyevin DTX rəisi təyin edilməsinə gəldikdə S. Novruzov bildirib ki, o bu sahənin adamı idi: “Ona görə də onun Dövlət Təhlükəsizlik Xidmətinə rəis təyin edilməsi cəmiyyətdə də müsbət qarşılandı. Prezident onu bu posta gətirərkən, peşəkarlığını nəzərə alıb. Ona görə də cənab prezident ona böyük etimad göstərdi”.

S.Novruzov yeni DTX rəisini təbrik də edib: “Mən də öz növbəmdə Əli Nağıyevi bu təyinatı münasibətilə təbrik edirəm. Çətin və məsuliyyətli işində uğurlar arzu edirəm”.

Şərhlər

XƏBƏR LENTİ