SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Azərbaycan və Gürcüstanın parlament spikerlərindən mühüm mesajlar - GƏLİŞMƏ

Azərbaycan və Gürcüstanın parlament spikerlərindən mühüm mesajlar - GƏLİŞMƏ

Tarix:

21-06-2019, 09:36

/ 652 dəfə oxundu.
Azərbaycan və Gürcüstanın parlament spikerlərindən mühüm mesajlar - GƏLİŞMƏ

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze iyunun 20-də Azərbaycana səfər edib. Bakıya rəsmi səfər çərçivəsində Gürcüstan parlamentinin sədri Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 53-cü plenar sessiyasında iştirak edir. İ.Kobaxidze həmçinin prezident İlham Əliyev və baş nazir Novruz Məmmədovla görüşəcək.

Gürcü spiker səfərin ilk günü Milli Məclisin sədri Oqtay Əsədovla görüşüb. Spiker iki ölkə arasındakı mehriban qonşuluq münasibətlərindən bəhs edib: “Əgər Azərbaycana və Gürcüstana maneələr olmasa, bizim ölkələrimiz daha sürətlə inkişaf edər. Çox təəssüf ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıb. Biz inanmaq istəyirik, hələ ümidimizi itirməmişik ki, bu münaqişələr, həmçinin Dağlıq Qarabağ münaqişəsi ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.

O.Əsədov siyasi əlaqələrimizlə bərabər, iqtisadi əlaqələrimizin də inkişafından şad olduğunu bildirdi və konkret rəqəmlərə istinad etdi: 2018-ci ildə ticarət dövriyyəsi 590 milyon dollardan çox olub. Bu dövrlər ərzində Azərbaycan Gürcüstanda əsas investorlardan biri olub. Azərbaycan Gürcüstana 3 milyard dollara qədər investisiya qoyub. Bu ilin ilk ayları göstərir ki, aprel ayına qədər ticarət dövriyyəsi 243 milyon dollar olub. Bu il ticarət dövriyyəmizin daha yüksək olacağını gözləyirik".

Spiker qeyd etdi ki, Azərbaycan və Gürcüstan regionda həyata keçirilən böyük layihələrin iştirakçılarıdır: “Bakı-Tiflis-Ceyhan neft kəməri, TANAP layihəsi, hazırda 87 faizi hazır olan TAP layihəsi Avropanın enerji təhlükəsizliyində hansı rolu onyadığımızın təzahürüdür. Biz çox şadıq ki, enerji ilə bərabər, nəqliyyat sahəsində də ölkələrimiz birgə layihələr həyata keçirir. Bunlardan biri də Bakı-Tiflis-Qars dəmir yolu layihəsidir. Əminik ki, bu layihə tam gücü ilə işləyəndən sonra hər iki ölkə bundan böyük gəlir əldə edəcək. Mən son dəfə Gürcüstana səfər edəndə Tiflisdə bir çox SOCAR yanacaqdoldurma məntəqələrini görəndə ürəyim açıldı. Bildim ki, SOCAR Gürcüstanda böyük işlər görür. Çox təəssüflər olsun ki, Azərbaycan və Gürcüstan separatizmlə, ərazi itkisi ilə qarşılaşıblar. Biz inanmaq istəyirik və ümidimizi itirməmişik ki, Cənubi Osetiya, Abxaziya və Dağlıq Qarabağ münaqişələri ölkələrin ərazi bütövlüyü çərçivəsində həllini tapacaq”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze səmimi qəbula görə təşəkkür etdi: “Bu gün Gürcüstan və Azərbaycan strateji, etibarlı tərəfdaşdırlar. Ölkələrimiz arasında tarixi dostluq münasibətləri var. Çox şadıq ki, bu tarixi dostluğu müstəqillik əldə etdikdən sonra dövlətlərarası dostluğa qaldıra bildik. Münasibətlərin inkişafında Heydər Əliyevin xidməti çox böyük idi. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr dinamik inkişaf edir. Hər bir sahədə münasibətlər, əlaqələr əhəmiyyətlidir. Şadıq ki, bizim çox gözəl siyasi münasibətlərimiz var. Azərbaycan tərəfindən Gürcüstanın ərazi bütövlüyünə hörmətlə yanaşmaq çox əhəmiyyətlidir. Gürcüstan da Azərbaycanın ərazi bütövlüyünə analoji qaydada yanaşır. Biz də ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həll olunacaq. Ümumiyyətlə, ölkələrimiz üçün sülhün və stabilliyin çox böyük əhəmiyyəti var. Sülh və stabillik olmasa, ölkələrimizin inkişafına böyük problemlər yaranar”.

İrakli Kobaxidze bildirdi ki, bu gün Azərbaycan və Gürcüstan etibarlı tərəfdaşdırlar: “Bizim ölkələr arasında tarixi dostluq münasibətləri var. Çox şadıq ki, biz bu tarixi dostluğu dövlətlərarası dostluğa qaldıra bildik. Cənab İlham Əliyevin rəhbərliyi ilə bu əlaqələr dinamik inkişaf edir. Hər bir sahədə münasibətlərimiz və əlaqələrimiz bizim üçün çox əhəmiyyətlidir. Şadıq ki, bizim aramızda çox gözəl əlaqələrimiz var”. Gürcü spiker ərazi bütövlüyünə önəm verdiyini vurğulayıb: “Azərbaycan tərəfindən bizim ərazi bütövlüyünə hörmətlə yanaşmaq bizim üçün çox əhəmiyyətlidir. Əlbəttə, Gürcüstanın da Azərbaycanın ərazi bütövlüyünə analoji yanaşması var. Ümid edirik ki, bu münaqişələr sülh yolu ilə həllini tapacaq. Sülh və stabillik olmasa, ölkələrimizin inkişafına çox böyük problemlər yarana bilər”.

Spiker O.Əsədov İ.Kobaxidze görüşü zamanı Keşikçidağ məbədi ətrafında gedən müzakirələrə də toxundu və dövlətimizin rəsmi mövqeyini ifadə etdi. Öncə gürcü həmkarının xoşməramlı mövqeyinin qarşılığında O.Əsədov da İ.Kobaxidzeyə təşəkkürünü bildirdi: “Mən sizə müraciət etmişdim ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının iclasında bizim nümayəndəmizin baş katib seçilməsi üçün dəstəkləyəsiniz. Sizin də dəstəyinizlə Azərbaycan nümayəndəsi qurumun baş katibi seçildi”.

Daha sonra O.Əsədov Keşikçidağ və delimitasiya ilə bağlı fikirlər söylədi. Sədr Bakı və Tiflisin arasını vurmaq istəyənlərin olduğuna işarə etdi: “Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır, bu iki ölkənin arasına heç kəs girə bilməz! Yaranan problemlər strateji tərəfdaşlıq ruhunda həllini tapacaq. Hər iki ölkənin iştirakı ilə komissiya yaradılıb. Bu komissiyanın ikinci iclası iyunun sonunda Tiflisdə keçiriləcək. Əminik ki, bu komissiya bu məsələlərin lazımi səviyyədə həllini tapması üçün əlindən gələni edəcək. Əminliklə qeyd edirəm ki, heç kəs Azərbaycan və Gürcüstan xalqlarını dostluğunu poza bilməz”.

Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze isə öz növbəsində bildirdi ki, münasibətlərə xələl gətirmək istəyənlər var: “Biz buna imkan verməyəcəyik, mən buna əminəm. Sərhədin delimitasiya və demarkasiya məsələsi qaydalar çərçivəsində həll edilməlidir. Sözsüz ki, mövqeyimiz birdir. Komissiya yaradılıb, məsələ komissiyanın formatı çərçivəsində həll edilməlidir. Müəyyən qüvvələr var ki, onlar bizim əlaqələrimizə xələl gətirmək istəyirlər. Onların bu cəhdləri uğurla bitməyəcək. Biz buna imkan verməyəcəyik”.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ