XalqXəbər.Az

Qarabağ Komitəsinə yeni üzvlər qəbul edilib-yeni dönəm başqanı SAHİB KƏRİMLİ

yüklənir...
Qarabağ Komitəsinə yeni üzvlər qəbul edilib-yeni dönəm başqanı SAHİB KƏRİMLİ
20-06-2019, 09:57
yüklənir...

Sabir Məmmədli, Elxan Məmmədli, Ramin Hacılı Komitəyə üzv qəbul olunublar

Xural.com xəbər verir ki, dünən KXCP qərargahında Qarabağ Komitəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində təşkilati məsələlər, qərarların icrası vəziyyəti və Qarabağ ətrafında baş verən hadisələrin analizi və təhlili məsələləri dayanıb. Təşkilati məsələlər müzakirə olunarkən KXCP üzvü Elxan Məmmədli yekdilliklə Qarabağ Komitəsinə üzv qəbul edilib. Azərbaycan milli demokratik hərəkatının tanınmış simalarından biri, Qarabağ müharibəsində batalyon komandiri, “Başkənd” əməliyyatının iştirakçısı, Müdafiə nazirinin qərb bölgəsi üzrə məsul nümayəndəsi vəzifələrində çalışmış, siyasi elmlər doktoru Sabir Məmmədli də yekdilliklə Komitəyə qəbul olunanlar arasında olub. Bundan başqa, tanınmış ictimai fəal, Avropa-Azərbaycan hərəkatının sədri Ramin Hacılı da yekdilliklə Qarabağ Komitəsinə üzv qəbul olunub.

Məhkəmələrdən tarixi qərarlar – Bakı Şəhər İcra Hakimiyyəti qadağa qərarları verməyib?

Qərarların icra vəziyyəti haqqında Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Əlövsət Sadıqlı məruzə edib. O, Komitənin mitinqlərlə bağlı məhkəmə işlərində maraqlı və presedent ola biləcək hadisələrin baş verdiyi haqqında məlumat verib. Müzakirələr nəticəsində məlumat verilib ki, İnzibati-İqtisad Məhkəmələrinin qərarlarına görə Bakı Şəhər İcra Hakimiyyətinin “qadağa” qərarlarında yazılan “məqsədəuyğun deyildir” sözləri, əslində bir qadağa yox, Bakı Şəhər İcra Hakimiyyətinin “subyektiv” fikirləridir. Belə çıxır ki, İcra Hakimiyyətinin qərarlarına məhəl qoymamaq, mitinqləri keçirmək lazım idi. Mövzu ətrafında keçmiş Baş Nazir Pənah Hüseyn də çıxış edib.

Qarabağda nə var, nə yox?!

Gündəliyin sonuncu məsələsi ətrafında təhlükəsizlik eksperti, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü İlham İsmayıl çıxış edib. İ.İsmayıl son bir həftədə Qarabağ ətrafında baş verən hadisələrin təhlilini verib və Komitə üzvlərini məlumatlandırıb. Son günlərdə Qarabağ cəbhəsində formalaşan hərbi-siyasi vəziyyətlə əlaqədar müvafiq hakimiyyət orqanlarına məhdud səfərbərlik elan olunması məsələsinə baxılması üçün müraciət edilməsi, atəşkəsin beynəlxalq-hüquqi məzmunu barədə Azərbaycan tərəfinin mövqeyinin təcili açıqlanması tələbinin yenidən irəli sürülməsi haqqında qərarlar qəbul edilib. Qarabağa – “Yurda qayıdış!” kampaniyalarının təşkil olunması haqqında Ramin Hacılının açıqlaması dinlənilib və bu tip kampaniyaların dəstəklənməsi haqqında qərarlar qəbul edilib.

Yeni dönəm sədri – Sahib Kərimli

Komitənin dünənki iclasında yeni dönəm sədri Sahib Kərimlinin sədrliyi ilə (Qeyd edək ki, Qarabağ Komitəsinin İdarə Heyətinin üzvü Sahib Kərimli əlifba sırası üzrə ötən həftədən 12 avqust 2019-cu ilə qədər Komitənin dönəm başqanı seçilib – red.) bu və ya digər məsələlər haqqında İlham İsmayıl, Pənah Hüseyn, Əhəd Məmmədli, Tural Abbaslı, Ramin Hacılı, Şakir Abbasov, Əlövsət Sadıqlı, Elxan Məmmədli, Sabir Məmmədli, Nazim Tapdıqoğlu, Əvəz Zeynallı və digər natiqlər çıxış edib, müəyyən məsələlərə münasibət bildiriblər.

Qarabağ Komitəsinin növbəti islası gələn həftənin çərşənbə-üçüncü günü, 26 iyun 2019-cu ildə, saat 12.00-da KXCP-nin qərargahında keçiriləcək. Həmin gün saat 11.00-da qeyd olunan məkanda Qarabağ Komitəsinin İdarə Heyətinin toplantısı olacaq.

Xural.comскачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.