SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Ekspertdən general haqda şok açıqlama: “Yaltaqlığın göstəricisidir”

Ekspertdən general haqda şok açıqlama: “Yaltaqlığın göstəricisidir”

Tarix:

14-06-2019, 19:41

/ 891 dəfə oxundu.
Ekspertdən general haqda şok açıqlama: “Yaltaqlığın göstəricisidir”

Xəbər verdiyimiz kimi, Azərbaycan sərhədçiləri 15 iyun - “Milli Qurtuluş günü”nün 26-cı ildönümü ilə bağlı ötən gün təntənəli tədbir keçiriblər. Tədbirdə dövlət müstəqilliyimizin rəmzi olan, 5 km 100 metr uzunluqda Dövlət Bayrağı irəlidə generallar və zabitlər olmaqla 5000 nəfər heyətin çiyinləri üzərində daşınıb.
DSX-nın bu tədbiri müşahidəçilər tərəfindən birmənalı qarşılanmayıb. Həm təqdir, həm də tənqid olunub.

Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri, ekspert Qubad İbadoğlu bu tədbirə kəskin münasibət bildirib. O, qeyd edib ki, bu hadisə bir daha göstərdi ki, Azərbaycanda məmurunların cinayətləri onların nümayiş etdirdiyi kreativ yaltaqlığın miqyası qədərdir: “Bir sözlə hansı məmur daha çox yaltaqlanırsa, deməli o törətdiyi cinayətlərin acı nəticələrindən qorxaraq bunu edir. Onlar bununla bir növ özlərinə immunitet qazanırlar və təhlükəsizlik yastığı yaradırlar.

Bu tədbir hətta müsbət sayılsa da onun noyabrın 9-u Azərbaycan Respublikasının “Dövlət Bayrağı Günü”ndə deyil, Qurtuluş günündə təşkil edilməsi müqəddəs bayraqla manipulyasiyanın və yaltaqlığın göstəricidir”.

Yenisabah.Az

Şərhlər

XƏBƏR LENTİ