SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib

Prezident Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib

Tarix:

17-03-2017, 14:48

/ 1 382 dəfə oxundu.
Prezident Səudiyyə Ərəbistanının Şahzadəsini qəbul edib

Prezident İlham Əliyev martın 17-də Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalı qəbul edib

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al Faysalın V Qlobal Bakı Forumunda iştirakının əhəmiyyətini vurğulayaraq bunu ölkələrimiz arasında əməkdaşlıq və dostluq əlaqələrinin yaxşı göstəricisi kimi dəyərləndirib.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin İdarə Şurasının sədri Turki Al-Faysal V Qlobal Bakı Forumunun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından önəmini qeyd edib.

Turki Al Faysal Azərbaycandakı qonaqpərvərliyin və Bakının ecazkar gözəlliyinin onda dərin təəssürat yaratdığını məmnunluqla qeyd edib. O, İçərişəhərdə aparılan bərpa işlərinin onda böyük maraq doğurduğunu deyib.

Dövlət başçısı ölkəmizdə son illər tarixi irsin qorunması və müasir arxitektura nümunələrinin yaradılması istiqamətində mühüm işlərin həyata keçirildiyini vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ