SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » İlqar Məmmədova ünvanlanmış suallar niyə cavabsız qalıb?

İlqar Məmmədova ünvanlanmış suallar niyə cavabsız qalıb?

Tarix:

1-05-2019, 11:17

/ 1 410 dəfə oxundu.
İlqar Məmmədova ünvanlanmış suallar niyə cavabsız qalıb?

Söz verdiyim kimi Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov haqqında növbəti məlumatları sizinlə paylaşıb, bununla da son qoyacam İlqar mövzusuna.

Növbəti məlumatları paylaşmadan əvvəl nəzərinizə bir neçə gün öncə şəxsən İlqar Məmmədovun özünə ünvanladığım, lakin cavab almadığım sualları sizə təqdim edib, digər suallarıma keçəcəm və bu suallarla sizə İlqar Məmmədovun əslində kim olduğunu, Azərbaycan müxalifətinin öndə gedən simalarına necə çevrilməsini açıqlayacam.

SUAL:

1) 1975-ci ildə yanvar ayının 19-da Əbülfəz Elçibəyi həbs edən KGB zabiti qərbi azərbaycanlı Eldar Məmmədov kim idi?

2) 1988-90-ci illərdə Heydər Əliyevin oğlu Ilham Əliyev Lomonosov adına moskva dövlət universitetinin (Tarix) müəllimi işlədiyi dönəmdə İlqar Məmmədov məs nə üçün İlham Əliyevin dərs dediyi kafedrada tələbə olmuşdu və İlham Əliyev müəllimi idi?

3) 1990-cı ilin 20 yanvar hadisələri ilə əlaqədar Heydər Əliyevin yanında nə üçün məs İlham Əliyev ilə İlqar Məmmədov iştirak etmişdilər?

Təbii ki, ReAL-çılar da Azərbaycanlıların əksəriyyəti kimi öz siyasi liderlərinə qarşı ünvanlanan bu sualları həzm edə bilmədikləri üçün həzm edə bilməmişlər.
Lakin, buna baxmayaraq özləri də şərhlərində təsdiqləmiş olublar dediklərimi.

İlqar Məmmədov əslində kimdir ?

Daha ətraflı açıqlamaya keçmədən öncə, İlqar Məmmədovun özü haqqında verdiyi məlumatları diqqətinizə çatdırıram.

1) İlqar Məmmədov 1970-ci il iyun ayının 14-ü sovet ziyalıları ailəsində anadan olmuşdur.

-Əla, lap yaxşı. Ümumiyyətlə ziyalı deyəndə kimləri nəzərdə tutulmuş? Atası Eldar Məmmədov KGB zabiti işləmiş bir adamdır. KGB zabiti olduğunu əks etdirən hansı məlumat var?

Hər birimizə məlumdur ki, Azərbaycan elə bir yerdir ki, araşdıran zaman hər kəsin ən azı 1 qat nəslini tapmaq olar. Lakin, İlqar Məmmədovun dediyi kimi "ziyalılar" haqqında heç bir məlumat yoxdur. Bu da o deməkdir ki, İlqar Məmmədovun atası KGB zabiti işləmişdir.

2) İlqar Məmmədov 7 yaşında məktəbə daxil olur və 1986-87-ci illərdə məktəbin nəzdində qeyri rəsmi təşkilat yaradır və 87ci ildə məktəbi bitirir.

-Əla, İlqar Məmmədovun 1986-cı ildə yaratdığı qeyri rəsmi təşkilat üçün onu bakıda KGB agentliyi tərəfindən çağıran Arsen Mixaylov ondan nə istəyir və İlqarın atası Eldar Məmmədov onu hansı şərtlərlə 1 saat ərzində idarədən azad edə bilir?

3) İlqar Məmmədov qeyd edir ki, 1988-1989 illərdə əsgərlikdə olub

Əla, İlqar bəy! Ümumiyyətlə necə olur ki, 1988-ci ildə 1 illik əsgərliyə gedir? Indikilər bilməsə də, biz və bizdən öncəki nəsillər təsdiq edə bilər ki, 1967-1991-ci illərdə 1 illik əsgərlik mümkün deyildi və ancaq 1988-ci ildən sonra yalnız Ali Təhsili başa vurmuş şəxslər 1 il əsgərlik edə bilərdi. O da ki, bu qərar 1989-cu ildə (müharibə şəraitində olduğu üçün) ləğv edilmişdir. Bu da o deməkdir ki, İlqar Məmmədovun iyun ayının 14-ü 18 yaşı tamam olduğuna görə yalnız sentyabr ayında əsgərliyə getməsi mümkündür ki, əsgərlikdən qayıtması da yalnız və yalnız 1990-cı ilin sentyabr ayında ola bilər.

4) İlqar Məmmədov qeyd edir ki, 1990-cı ildə tələbələr ilə birlikdə 20 yanvar tarixində Moskva şəhərində Azərbaycan nümayəndəliyi qarşısında etirazlarda iştirak edib və aktiv iştirak edib.

Etiraz etmək hər bir Azərbaycanlının borcudur. Lakin, İlqar bəy, necə olur ki, siz əsgərlikdə ola-ola 20 yanvar tarixində Moskvada ola bilibsiniz? Həmdə Heydər Əliyevin yanında.

5) İlqar Məmmədov isə qeyd edir ki, 1989-cı ildə Moskvanın Lomonosov adına universitetinə daxil olubmuş. Daha sonra isə 1993-cü ildə Macarıstanın Budapeşt şəhərində Avropa universitetinin siyasi elmlər fakültəsinə daxil olub və 1994-cü ildə isə Bakı Dövlət Universitetində elmi işçi kimi işləməyə başlamışdır.

Əhsən, lakin burda artıq bizə kalkulyator lazımdı.

İndi isə sizdən kalkulyatorları əlinizə götürüb tarixləri hesablamağınızı rica edirəm.

Deməli belə:

1)Adam deyir ki, 1989-da Moskvada Lomonosov adına universitetə daxil olmuşam və 1993-də bitirmişəm. Lakin 5 il oxumalı idi ki, 4 il oxuyubmuş.

1989 + 5 = 1994

2) Sonra deyir ki, 1993-cü ildə Macarıstanın Budapeşt şəhərində Avropa universitetinin siyasi elmlər fakültəsinə daxil olmuşam. Oxuyanlar bilər ki, magistratura 2 illikdir.

1993 + 2 = 1995

3) Ən əsası da odur ki, hamımızın sevimlisi olan Müstəqillik və Demokratiya, Dövlət və Dövlətçilik ənənələrinə sadiq olan hörmətli İlqar Məmmədov 1994-cü ildə Bakı Dövlət Universitetində isə elmi işçi kimi işləməyə başlamışdır.

Əslində isə İlqar Məmmədov Eldar oğlu 1989-cu ildə KGB-nin Derjinskiy adına hərbi məktəbini 1993-cü ildə bitirdikdən sonra xaricə "stajirovka"-ya göndərilmiş bir agentdir.

İndi buradan üzümü tutub riyaziyyatçılardan xahiş edirəm ki, mənə bu ƏKS kəşfiyyatçının özü haqqında verdiyi məlumatları hesablayıb ötürsünlər bizim dəyərli araşdırmacılarımıza ki, onlar da araşdırma apardıqdan sonra əldə etdiyi nəticələri mənə (yenə də varsa əgər) inanmayan Azərbaycan xalqının inandığı, mövcud diktaturanı yenəcək qüvvə kimi özünü cəmiyyətə sırıyan, mövcud hakimiyyətə yeganə alternativ müxalifət lideri kimi KGB agenti olan bu şəxsin əsl simasının kim olduğunu göstərsinlər.

Mənim Azərbaycan xalqım 1993-cü ildən etibarən bugünkü günə qədər o hala gəlib çatmışdır ki, əlinə mikrofon alıb bir balaca hakimiyyətə tənqidi və biraz daha barıtı çox olan sözlər işləməyi kifayətdir ki, liderə çevrilsin.

Ona görə də, İlqar Məmmədovun bir zamanlar mən də sizlər kimi sərt çıxışlarını görüb ona inanmışdım və ona inandığım üçün də gözümü pərdə bürümüşdü ki, şükürlər olsun mən bu pərdənin digər tərəfini görə bildim.

Bundan sonra isə məndən bu qədər və düşünürəm ki, bundan sonra mənim İlqar Məmmədov haqqında bir söz deməyim artıq düzgün olmaz.

Mən bildiklərimi və araşdırma aparıb nəticəyə gəldiyim məlumatları sizinlə paylaşıb öz vətəndaşlıq borcumu yerinə yetirdim.

Bundan sonra isə İlqar Məmmədovun nəinki hakimiyyətə meyilli olmasını, hətta onun bir başa hakimiyyətin möhkəmləndirilməsi üçün yaradılmış müxalifət lideri obrazı olduğuna inanmayan dostların məsləhətinə buraxıram.

Bir çoxumuz düşünürük ki, əgər İlqar Məmmədov hakimiyyətin adamıdırsa, nə üçün 6 il türmədə yatdı?

Doğurdan da, 6 il türmədə yatdıqdan sonra nə üçün çıxdıqdan sonra 180 dərəcə dəyişildi bu adam ?

Suallar o qədər çoxdur ki, lazım bilsəm o haqda da bir gün yazaram amma ilk öncə görək bu yuxarıda qeyd etdiklərim ilə əlaqədar sizlər nə deyəcəksiniz?

Təşəkkür edirəm

Rəşad Bakinskiy

Şərhlər

XƏBƏR LENTİ