SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » AXH Qurban Məmmədovla bağlı bəyanat yayıb

AXH Qurban Məmmədovla bağlı bəyanat yayıb

Tarix:

11-04-2019, 14:30

/ 1 877 dəfə oxundu.
AXH Qurban Məmmədovla bağlı bəyanat yayıb

Azərbaycan Xalq Hərəkatı bəyanat yayıb.

AnTV.az xəbər verir ki, Azərbaycan Xalq Hərəkatı “Azərfreedom TV” kanalı ilə bağlı bəyanat yayıb.

Bəyanatı olduğu kimi sizlərə təqdim edirik:

Azərbaycan Xalq Hərəkatının Azerfreedom TV kanalının rəhbəri Q.Məmmədova

M Ü R A C İ Ə T İ

Hörmətli Qurban bəy!

İlk olaraq səhhətinizlə bağlı narahatlığımızı ifadə edir, sizə can sağlığı, uzun və mənalı ömür, tezliklə sağalmağınızı arzulayırıq. Eyni zamanda , bildiririk ki, bir sıra çətinlik, fikir ayrılığı, hakimiyyətin hər cür təxribatlarına baxmayaraq, biz, işimizi davam etdirir və qarşıya qoyulmuş vəzifələri yerinə yetirməkdə qətiyyətli, israrlıyıq. Bu gün Azərbaycan Xalq Hərəkatının rəhbərliyində elə bir şəxs yoxdur ki, xalqın sərvətlərini talayan, insanların hüquqlarını addımbaşı pozan, işğal edilmiş torpaqların azad edilməsini bacarmayan bu hakimiyyətin tezliklə getməsinə çalışmasın!

Sözsüz ki, bu müqəddəs missiyanın yerinə yetirilməsində sizin rəhbərlik etdiyiniz
“Azerfreedom TV” kanalının və digər müstəqil media qurumlarının da müstəsna xidmətləri var və bunu vurğulamağı vacib hesab edirik. Bununla belə, bəzi hallarda sizin verlişlərin xalq arasında daha da geniş yayılması, təbliğat işinin daha da gücləndirilməsi üçün tərəfimizdən əlavə tədbirlər görülməsi işimizi daha da gücləndirərdi. Onu da unutmaq olmaz ki, Azərbaycanda baş verə biləcək hər hansı müsbət dəyişiklik ilk növbədə ölkədə yaşayan vətəndaşlar tərəfindən həyata keçiriləcək və sizin apardığınız təbliğat da, əsasən, bu istiqamətə köklənməlidir.

Təəssüflə bildiririk ki, bəzi hallarda bu vacib amil unudulur və hərəkata ciddi zərər vuran hallar baş verir. 10 aprel 2019-cu il tarixdə Azerfreedom kanalında Aslan Aslanovun moderatorluğu ilə aparılan canlı yayım buna misal ola bilər. Kanala dəvət edilən, Azərbaycan Xalq Hərəkatınin yaranması, daha da güclənməsində xüsusi xidmətləri olan İsgəndər Həmidova qarşı, bütövlükdə isə, hərəkata qarşı açıq-aşkar hörmətsizlik nümayiş etdirilmişdir!

Siyasətdən kənar “xilaskarlar”, milləti aşağılayan ifadə, mənasız deyişmələr, hərəkatın İdarə Heyətinin üzvlərindən birinə qarşı qarayaxma kampaniyası aparmaq işimizə ancaq ziyan gətirə bilər və buna yol vermək olmaz! İndiki həssas bir məqamda qızışdırıcı mövqe, əsasssız ittihamlar hesab edirik ki, yolverilməzdir və belə hallar işimizə əlavə əngəllər yaratmaqdadır. Onsuz da hakimiyyətyönlü, eləcə də, hakimiyyətə yaxın mətbu orqanlar Azərbaycan Xalq Hərəkatına qarşı düşünülmüş hər cür iyrənc kampaniya aparır və bizim aramızdakı xırda narazılıqları qabartmaq, şişirtməklə özünün çirkin niyyətlərini həyata keçirməyə çalışmaqdadır.

Biz bir daha bəyan edirik ki, Azərbaycan Xalq Hərəkatının rəhbərliyi xalqımıza verdiyi vədə sadiqdir, millətin xoş gələcəyi naminə bütün vicdanlı, vətənsevər insanların yaxından köməyi ilə mövcud qanunlar çərçivəsində tezliklə bu hakimiyyətin taleyini həll edəcəkdir.

Azərbaycan Xalq Hərəkatının İdarə Heyəti

Şərhlər

XƏBƏR LENTİ